653c8c434e351202310232123
Sumqayıtda silahlı hücum olub, ölənlər və yaralılar var - FOTO

Sumqayıtda evə silahlı hücum olub, ölən və yaralananlar var.

"Report"un məlumatına görə, hadisə 16 mikrorayonda yerləşən Corat bağları yaşayış massivində, fərdi yaşayış evində baş verib.

Belə ki, evə silahlı hücum zamanı ailənin 2 üzvü - Dağbəyi Fərəcov, Suzana Karakaş hadisə yerində ölüblər. İnsident zamanı Türkiyə vətəndaşları - Yağmur Karakaş və Cansu Karakaş, həmçinin Tərlan Fərəcov yaralanıblar.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım briqadası cəlb olunub.

Hazırda zəruri istintaq tədbirləri davam etdirilir.

28.10.2023 08:20
show 378