19.02.2021
22:42
0

Sumqayıtda seksual manyak peyda oldu – FOTOLARINA DİQQƏTLƏ BAXIN

Loading...

Sumqayıt şəhərində azyaşlı qıza qarşı seksual xarakterli zorakılıq edən şəxs axtarılır.

Publika.az xəbər verir ki, 2 gün əvvəl 30-35 yaşlı şəxs şəhərin 9-cu mikrorayonunda 5 yaşlı G.R-nı güdüb. Uşağın həyətdə oynayandan sonra binaya daxil olmasını gözləyən naməlum şəxs onun ardınca binanın dəhlizinə girib. Manyak üçüncü mərtəbədə azyaşlı qızın əlindən tutaraq onu divara sıxışdırıb.

Bildirilir ki, hadisə barədə ilk olaraq azyaşlı qızın anası xəbər tutub və həyat yoldaşını çağırıb. Bundan sonra manyak qaçıb. Uşağın atası onu tutmağa çalışsa da, buna müvəffəq ola bilməyib.

Faktla bağlı polisə müraciət edilib.

Ərazidəki kameralardan çıxarılan görüntülər təqdim edilib.

Loading...