photo_74123710
Sumqayıtda ağır avtobus qəzası: Yaralılar var

Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə Sumqayıtın H.Z.Tağıyev qəsəbəsində baş verib.

Hadisə nəticəsində yeddi nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar ən yaxın xəstəxanaya çatdırılıblar. İlkin tibbi yardımdan sonra onlara ambulator müalicə təyin edilib.

Faktla bağlı araşdırma aparılır.

11.05.2022 10:53
205