məhkəmə

Subay kişiyə "boşanma" şoku - Məhkəmdən gələn bildirişdən ŞOKA DÜŞDÜ - FOTO

İzmirin Bayraklı rayonunda yaşayan Aytuğ Arduça şok bildiriş gəlib. 

Qlobal.net News24.az-a istinadla xəbər verir ki, o, subay olduğu halda boşanma bildirişi gəlib.

Bayraklı rayonunda özəl şirkətdə çalışan Aytuğ Arduç evinə göndərilən bildirişlə həyatının ən qəribə anını yaşayıb. Daha əvvəl heç evli olmayan Arduç məhkəmənin ona göndərdiyi “Birgə yaşayışın təməli sarsıldığı üçün boşanma" bildirişini görəndə heyrətə düşüb.

Arduç sonradan bu məktubla bağlı vəkilindən soruşduqda bildirişdə hərf səhvi olduğunu öyrəndiyini və sevgilisinə vəziyyəti izah edərkən mübahisə etdiklərini bildirib.

Subay kişiyə "boşanma" şoku - Məhkəmənin bildirişindən heyrətə düşdü

28.11.2024 16:13
show 168