
Bir gün SSRİ lideri İosif Stalin öz yaxın silahdaşlarını yanına yığıb deyir:
Bax, siz baş sındırırsınız ki, xalqı necə idarə edəsiniz, necə edəsiniz ki, mən çirpik çalanda, hamı çirpik çalsın, mən gözümü yumanda hamı gözünü yumsun, hamı mənə allah kimi baxsın. Yaxşı deyiblər çar allah deyil, ancaq ondan da əskik deyil.
Bunu deyib diri xoruzun gətirilməsini əmr edir. Xoruz son lələyinəcən diri-diri yolur, zavallının bircə pipiyi və başının şanası qalır.
“İndi isə baxın” – deyib lütlənmiş toyuğu yerə buraxır.
Hamı gözləyir ki, xoruz baş götürüb qaçacaq, ancaq hara qaçsın- günün altında istidən bişir, kölgədə üşüyür, buna görə də Stalinin çəkmələrinə qısılır. Stalin gedə-gedə təkəm-seyrək dən səpir, xoruz da onun ardınca gedir, başa düşür ki, getməsə acından öləcək, ütülmüş vəziyyətdə özünə yem tapa bilməyəcək.
Stalin deyir:
Baxın, xalqı məhz belə idarə etmək lazımdır!