Maraqlı

Stalin insanların nəcislərini toplayırdı – Buna sirli səbəb var idi

İosif Stalin insanların hərəkətlərinə qiymət vermək üçün onların nəcislərini yoxlayırdı. Bethoven ancaq soyuq su ilə yuyunandan sonra musiqi bəstələməyə başlayırdı.  Çarlz Dikkens həm yatan zaman, həm də kitab yazarkən üzünü şimala tərəf tuturdu. Uilyam Harvi meditasiya üçün mağara qazır, Fateh Vilhelm isə çəkisini azaltmaq üçün alkoqol pəhrizi saxlayırdı.

Qlobal.net bildirir ki, Sovet İttifaqının keçmiş lideri İosif Stalin inanırdı ki, insanın xasiyyətini onun nəcisindən müəyyən etmək olar. O buna o dərəcədə inanırdı ki, xüsusi xidmət orqanlarının bütöv bir departamentini nəcisləri nəzərdən keçirməyə məcbur edirdi. Bu planın əsas hədəfləri də dünya liderləri, o cümlədən də Mao Tze Dun idi.

Maonun Moskvaya səfəri zamanı Stalinin göstərişi ilə onun yaşadığı evdə kanalizasiya xüsusi qablara quraşdırılmışdı, buradan da nəcis analiz üçün laboratoriyaya aparılırdı.

Bu laboratoriya Stalinin bütün hakimiyyəti boyu mövcud olub və Nikita Xruşov hakimiyyətə gələndən sonra bağlanıb.

Related Articles

Bir cavab yazın

Back to top button