Qvineyanın cənub-şərqindəki Nzerekore şəhərində futbol matçı zamanı kütləvi dava düşüb. Dava nəticəsində onlarla insan həyatını itirib.
Qlobal.net xəbər verir ki, hadisə hakimin mübahisəli qərarları ilə başlanıb. Hakim, komandaların birinin oyunçusuna qırmızı vərəqə göstərib və penalti təyin etdikdən sonra azarkeşlər arasında qarşıdurma yaranıb.
Polis, kütləni ayırmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Bu qazdan qaçmağa çalışan azarkeşlər stadionu tərk etməyə cəhd ediblər və nəticədə çıxışlarda izdiham yaranıb. Bir çox insan boğulub və ya stadionun divarlarından yıxılaraq həyatını itirib. Ölənlərin sayının təxminən 100 nəfər olduğu bildirilib.
Fidan Məmmədli
Qlobal.net