
Regina Zbarskaya təkcə SSRİ-də deyil, ölkə hüdudlarından kənarda da milyonların sevimlisi idi. Məşhur model, gözəllik nümunəsi – kişilər onun haqqında xəyal qurur, qızlar isə az da olsa onun yerində olmağı arzulayırdılar. Ancaq bu parlaq görünüşün arxasında sirr və anlaşılmazlıqlarla dolu gerçək bir həyat dayanırdı. Bu yazıda, sürətlə məşhurlaşan, lakin eyni sürətlə populyarlığını itirən Regina Zbarskayanın həyat yolundan bəhs edirik.
“Ən gözəl Kreml silahı”
Zbarskaya uğurlu aktrisa ola bilmədi. Lakin bir çox faydalı tanışlıqlar əldə etdi və bu tanışlıqlar ona tamamilə başqa bir həyata yol açdı. Bu yeni həyat ona heyrətamiz şöhrət gətirdi.
Növbəti tədbirlərin birində o, dövrünün məşhur sənətçisi və modelyeri Vera Aralova ilə tanış oldu. Vera onun Avropa görkəmini görüb Reginanı Kuznetskiy Mostdakı Ümumittifaq Moda Evində işləməyə dəvət etdi.
Zbarskaya qısa müddətdə sovet xalqının sevgisini qazandı. O dövrdə model olmaq nüfuzlu sayılmırdı. Cəmiyyət bu işi bəyənmir, modellər “altıncı dərəcəli fəhlə” kimi qeydiyyata alınırdı. Maaşlar çox aşağı idi – təxminən 80 rubl. Amma Regina moda dünyasına yeni baxış gətirdi, həm sovet, həm də xarici vətəndaşların diqqətini və sevgisini qazandı.
1961-ci ildə SSRİ-nin xarici səviyyədə yalnız siyasətlə deyil, mədəni sahədə də mübarizə apardığı dövrdə Moda Evi ilk dəfə xaricə çıxdı. Regina isə Parisdə podiuma çıxaraq debüt etdi. Həmin vaxt fransız jurnallarından biri onu “Kremlın ən gözəl silahı” adlandırdı. Bu ad onunla möhkəm bağlandı. Hətta bəziləri ciddi-cəhdlə onun KQB agenti olduğuna inanmağa başladı. Jurnalistlər bir dəfə modelyer Vyaçeslav Zaytsevdən soruşmuşdular ki, o, Reginanın həmkarlarını KQB-yə şikayət etdiyinə dair nəsə eşidibmi.
Zaytsev belə cavab verdi:
“Bu barədə heç nə bilmirəm. Düşünmürəm ki, o, buna qadir idi. Onunla çox yaxın ünsiyyətdə olmuşuq, hətta evinə də getmişdim. Məni tez-tez qidalandırırdı – o zamanlar cavan və daim ac idim.”
Zbarskayanın KQB ilə əlaqəli olması barədə şayiələr ömrünün sonuna qədər davam etdi, amma heç vaxt sübut olunmadı.
Məşhur modelyer Vyaçeslav Zaytsev Reginanın xarici görünüşünü dəyişərək onun tanınmasında mühüm rol oynadı. O, Reginanı “paşa” saç düzümündə kəsdirdi və bu görünüşlə Qərbdə onu Sofi Lorenə bənzətməyə başladılar. Hətta Sofi Loren özü də Reginanı şəxsən tanıdıqdan sonra ondan çox təsirlənmişdi.
Zaytsev xatırlayırdı:
“1965-ci ildə Parisdən gələn nümayəndə heyəti ilə birgə onu ‘Aragvi’ restoranına apardım. Orada məşhur fransız modelyerləri – Kristian Dior, Mark Boan, Pyer Karden, Gi Larosh vardı. Sofi Loren ona heyran qaldı. Pyer Karden və Boan onu masalarına dəvət etdilər. Regina əvvəlcə çox həyəcanlandı, qızardı. Amma sonra Kardenlə xoş söhbət etdi.”
Zaytsevin sözlərinə görə, Regina SSRİ-dən çıxmağa icazə alsaydı, asanlıqla Pyer Kardenlə işləyə bilərdi.
Zbarskinin qırıcı sevgisi
İlk baxışdan Reginanın həyatı ideal görünürdü. Əgər onun şəxsi həyatının detalları nəzərə alınmasa…
Karyerasının əvvəlində o, rəssam Lev Zbarski ilə tanış oldu. Lev “Moda jurnalı” üçün yeni nömrənin maketini hazırlamaq üçün Moda Evində idi. Reginanı ilk dəfə görəndə gözlərini ondan çəkə bilmədi. Onun gözəlliyi və özünü təqdim etmə bacarığı Levə dərindən təsir etdi.
Lev Zbarski onu qazanmaq üçün əlindən gələni etdi, həyat yoldaşından boşandı və Regina ilə evləndi. Onlar Moskvada prestijli bir rayonda yaşamağa başladılar. Lakin bu evlilik uzun sürmədi. Səfərlərin çoxluğu səbəbindən onlar bir-birini nadir hallarda görürdülər. 1967-ci ildə Monreala səfərdən əvvəl Regina hamilə olduğunu öyrəndi. Bu xəbər sevincli olsa da, əksinə, ailəni uçuruma sürüklədi. Lev Reginanı evdar qadın kimi təsəvvür edə bilmirdi, Regina üçünsə hamiləlik planlarda yox idi. O, abort etdirdi. Bəzi məlumatlara görə, bu qərarı özü verib, digərlərinə görə isə əri onu bu addıma vadar edib.
Lev Zbarskinin xəyanətləri də vəziyyəti daha da ağırlaşdırdı. Regina əvvəlcə bağışlayırdı, lakin 7 illik evlilikdən sonra boşandılar. Tezliklə Regina öyrəndi ki, Lev yeni arvadından uşaq gözləyir. Bu xəbər onu psixoloji cəhətdən çökdürdü. O, həkimə müraciət edib sakitləşdirici dərmanlar istədi və psixiatriya xəstəxanasına yerləşdirildi. Daha sonra Lev Zbarskinin ABŞ-a mühacirət etdiyini öyrəndi və intihara cəhd etdi. Onu xilas etdilər.
“Reginanı məhv edən dəhşətli hekayə”
Hadisələrdən uzaqlaşmaq üçün Regina yenidən Moda Evində işləməyə başladı. Lakin əvvəlki uğuruna nail ola bilmədi. Bu arada onun xarici səfətləri ilə bağlı şayiələr yayılmağa başladı: Necə olur ki, Voloqda böyüyən bir qadın üç xarici dili mükəmməl bilir? Niyə ona sərbəst Avropada gəzməyə icazə verilir, halbuki digər modellərə daim müşayiətçi təyin olunur?
Bütün bu suallar “Regina Zbarskaya ilə 100 gecə” adlı kitab çap olunduqdan sonra daha da çoxaldı. Moda tarixçisi Alla Şçipakina deyirdi:
“Regina Yugoslaviyaya dostu Elena Osekina ilə görüşməyə getmişdi. Elenaya ürək əməliyyatı olunmuşdu. Elena jurnalistlə evli idi və Regina ilə axşamlar söhbət edirdi. Bu jurnalist sonra həmin kitabı çap etdirdi. Bundan sonra Reginanı KQB dəfələrlə dindirməyə çağırdı. Bunu şəxsən özündən eşitmişəm.”
Bu hadisələr fonunda Regina yenidən intihara cəhd etdi, lakin bir daha xilas edildi. Dərin sinir pozuntusu onu psixiatriya müalicəsinə məcbur etdi. Bu müalicədən sonra əvvəlki həyatına qayıtmaq onun üçün mümkün olmadı.
İkinci intihar cəhdindən sonra o, daha heç vaxt podiuma çıxmadı. Təkbaşına, sadə bir həyatda Moskva mənzilində yaşamağa başladı. 1980-ci ildən etibarən onu tez-tez general Polyakovla birgə görürdülər. Regina onu “sevimli kişi” adlandırırdı. Ondan qiymətli hədiyyələr qəbul edirdi. Lakin bu dəfə də sevgi bəxti gətirmədi.
Çünki Polyakov KQB tərəfindən izlənilirdi. Sonradan məlum oldu ki, Polyakov ABŞ-dakı SSRİ agentlərini ifşa edən və Mərkəzi Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq edən şəxs imiş. Bu isə təkcə onun deyil, ətrafındakıların, o cümlədən Reginanın da başına bəla oldu.
1986-cı ildə Polyakov “vətənə xəyanət” ittihamı ilə həbs edildi. Reginanı KQB yenidən dindirməyə başladı. O, növbəti dəfə psixiatriya xəstəxanasına yerləşdirildi. Lakin bu dəfə çıxandan sonra Regina intihar cəhdini sona qədər çatdırdı. O, 52 yaşında həyatına könüllü şəkildə son qoydu.
Yaxınları onun cənazəsini yandırdılar və qəbir ziyarətlərinin qarşısını almaq üçün səssizcə atasının məzarının yanında dəfn etdilər.