Bakı-Qazax yolunda dəhşətli qəzada ölənlərin kimliyi bilindi – SİYAHI

Bakıdan Qazaxa sərnişindaşıma həyata keçirən “Sprinter” Şəmkir ərazisində yük avtomobilinə çırpılıb, 7 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.
Şəmkirdə ağır yol qəzasında ölən və xəsarət alanların adları məlum olub.
Yaralananlar arasında Ağstafa və Bakı sakinləri, həmçinin bir Gürcüstan vətəndaşı da var:
Qlobal.net “Qafqazinfo”ya istinadla xəbər verir ki, vəfat edən şəxslər bunlardır:
Şəadət Bayramov (1992)
Bəsti Nəbiyeva (1975)
Aydın Pənahov (1977)
Qızxanım Tomayeva (1962)
Kənan Məmmədov (2008)
Fəxriyyə Novruzova (1978)
Arif Bağıov( 1966)
Xəsarət alan şəxslər:
Şahniyar Pənahova (1975), Bakı şəhər sakini
Kamran Məmmədov (1969)
Nərmin Əliyeva (2004)
Məcid Qəribov (1995)
Bəkinaz Gözəlova (1970), Gürcüstan vətəndaşı
Yaralılardan K.Məmmədovun vəziyyəti ağır olduğundan o, Gəncə şəhər xəstəxanasına aparılıb.
Vəfat edən və xəsarət alan şəxslərin əksəriyyəti Ağstafa rayon Muğanlı kənd sakinləridir. Qəza “Mercedes Sprinter” markalı avtomobilin yük maşınına çırpılması nəticəsində baş verib.