space tv
Space TV-nin efirində QALMAQAL: Ər arvadına hücüm çəkdi - VİDEO

Space televiziyasında yayımlanan “Gəl danış” ictimai-sosial verilişdə qalmaqallı anlar yaşanıb.   

Qlobal.net xəbər verir ki, proqramın növbəti buraxılışında daha bir ailənin həyat dramı nümayiş olunub.  

Ər xanımının ünvanına ağır ittihamlar səsləndirib. Qarşı tərəf isə onun sözlərinə gülüb. Bunu görən ər əsəblərinə hakim kəsilə bilməyib və arvadına kamera qarşısına hücüm edib.

Həmin görüntülər sosial şəbəkələrə yayıldıqdan sonra müzakirə predmetinə çevrilib. İzləyicilər cütlüyün arasında yaşanan münaqişəni ekran önündə deyil, evdə həll etmələrinin doğru olduğunu vurğulayıblar.  (sfera.az)

23.09.2022 19:39
show 297