Soyuqdəymə bir çox insanın soyuqlarda qarşılaşdığı bir vəziyyətdir. Adətən
qarın ağrısı, ürəkbulanma, soyuqdəymə və qrip kimi əlamətlərlə özünü göstərir.
Qlobal.net bildirir ki, böyrək, mədə və sidik yollarında görülən soyuqluq, insanın
gündəlik həyatına təsir edəcək qədər hiss olunur.
1)Nanə Limon:
Limon C vitamini mənbəyidir və soyuqdəymə zamanı faydalıdır. Boğaz ağrısı
üçün isti şorbaya, mədə soyuqdəyməsində ilıq suya əlavə edilə bilər. Nanə və
limonla çay dəmləmək mümkündür. Gün ərzində limonlu su içmək faydalıdır. Antioksidant
təsiri sayəsində mikrobları məhv edərək sağalmağa kömək edir. Soyuqdəymə zamanı
C vitamini və meyvələr faydalıdır.
2)Ballı Süd:
Bal güclü təbii antibiotikdir və soyuqlamış mədə üçün faydalıdır. Təbii bal
seçmək vacibdir. Sağlamlığı bərpa etmək və immuniteti gücləndirmək üçün səhər
bal yeyə, ballı süd və ya çay içə bilərsiniz.
3)Soğan:
Ayaq və sidik yolları soyuqdəyməsinə qarşı infeksiyaya qarşı qidalar,
xüsusilə soğan faydalıdır. Soğan təbii antibiotik və antimikrobiyaldır. Bir
qaşıq balı soğanda saxlayıb istehlak etmək sağalmağı sürətləndirir.
4)Kələm:
Böyrək soyuqluğuna qarşı kələm faydalıdır. Antioksidant təsiri sayəsində
ağrını azaldır. Kələmin geniş yarpaqlarını qaynadıb, ilıq halda böyrək ətrafına
qoyun və 20 dəqiqə təkrarlayın.
5)Şüyüd Çayı:
Şüyüd mədəni sakitləşdirir və soyuqdəymədən yaranan narahatlıqları azaldır.
Qarnın şişməsi, qəbizlik və ya ishal üçün faydalıdır. Gün ərzində 1 stəkan
şüyüd çayı içmək yaxşı təsir göstərə bilər.
6)Cökə:
Cökə çayı boğazı yumşaldır, tərləməni artıraraq hərarəti salır və bədəni
rahatladır. Soyuqdəymə zamanı sağalmağa kömək edən təsirli bitki
çaylarındandır.
7)Exinaseya:
Exinezya çayı ağrı kəsici və infeksiyaya qarşı təsirlidir. Soyuqdəymə,
boğaz və diş ağrısına yaxşı gəlir, sağalma sürətini artırır. İlıq halda içmək bədəni
rahatladır.
8)Zəncəfil Darçın:
Soyuqdəymə üçün zəncəfil, darçın, limon və bal ilə müalicəvi şərbət
hazırlayın. Bu qarışım tərləməni artıraraq mikrobları bədəndən atmağa kömək
edir.
9)Toyuq Şorbası Və Xaş:
Toyuq bulyonu ilə hazırlanan şorbanın soyuqdəymə üçün yaxşı olduğu məlum təklifdir.
Eyni şəkildə xaş da bədən müqavimətini artıran bir şorbadır.
Səbinə
Qlobal.net