Soyuqdəymə nəticəsində T-hüceyrələrinin (immun cavabında əsas rol oynayan limfositlər) sayı yüksək olan insanların koronavirus infeksiyasına yoluxma ehtimalı daha azdır.
Bu barədə London Kral Kollecinin alimləri araşdırmalarından məlum olub.
Elm adamlarının tədqiqatlarının nəticələri "Nature Communications" elmi jurnalında dərc olunub.
Əvvəlki tədqiqatlar göstərdi ki, digər koronaviruslardan olan T-hüceyrələri SARS-CoV-2-ni tanıya bilir, yeni tədqiqatlarda isə T-hüceyrələrinin mövcudluğunun insanın yeni koronavirus infeksiyasına yoluxub-yoluxmamasına necə təsir etdiyini öyrənmək məqsədi daşıyıb.
Alimlər yoluxmuş şəxslə yaşayan 52 könüllü üzərində araşdırma aparıb. Onlar əstə ilə təmasın dördüncü və yeddinci günlərində PCR testlərindən keçiblər. Qan analizi isə xəstə ilə təmasdan altı gün ərzində götürülüb. Bu, mütəxəssislərə soyuqdəyməyə səbəb olan digər koronaviruslar tərəfindən istehsal olunan mövcud T-hüceyrələrin səviyyələrini təhlil etməyə imkan verib.
Müəyyən edilib ki, yoluxmayan 26 könüllüdə T-hüceyrələrin səviyyəsi yoluxmuş qalan tədqiqat iştirakçılarına nisbətən xeyli yüksəkdir.
"Tədqiqatımız açıq şəkildə sübut edir ki, soyuqdəyməyə səbəb olan koronaviruslar tərəfindən istehsal olunan T-hüceyrələri COVID-19 infeksiyasına qarşı qoruyucu rol oynayır. Virusdan qorunmaq üçün bu T-hüceyrələri zülalın üzərindəki sünbül zülalına deyil, COVID-19 virusunun tərkibindəki zülallara hücum edir", - deyə tədqiqatın müəllifləri vurğulayıblar.
Qeyd edək ki, mövcud peyvəndlər bu daxili zülallara immun cavab vermir. Tədqiqatın müəllifləri hesab edirlər ki, sünbül zülalını hədəf alan mövcud peyvəndlərlə yanaşı, bu daxili zülallar yeni peyvəndlər və uzunmüddətli həll üçün hədəf ola bilər, çünki T-hüceyrələrinin immun reaksiyası peyvənddən bir neçə ay sonra yox olan anticisimlərdən daha uzun müddət davam edir.
Bununla belə, alimlər tədqiqatların davam etdiyini vurğulayıblar.
Mənbə: RİA Novosti
Yenixeber.az