xəstələnməmək üçün tövsiyələr

Soyuq havalarda xəstələnməmək üçün tövsiyələr

Türkiyəli daxili xəstəliklər mütəxəssisi Dr.İrem Özçelik, qış aylarında uşaqlar, yaşlılar və hamilə qadınlarla yanaşı ürək, təzyiq, şəkər, qaraciyər və böyrək kimi xroniki xəstəlikləri olanlara bildirib ki, soyuqdəymə, qrip, sinüzit, bronxit, pnevmoniya kimi xəstəliklərə qarşı daha diqqətli olmalıdırlar.

 

Qlobal.net bildirir ki, Ekspert Dr.Özçelik, güclü immun sisteminə sahib olmağın ilk addımının sağlam həyat tərzi strategiyalarının həyata keçirilməsi olduğunu vurğulayıb və aşağıdakı təklifləri verib:

 

Tədqiqatlar müntəzəm gündəlik idmanın immuniteti gücləndirdiyini göstərir. Xüsusilə qışda idmanı dayandırmamaq və gündə ən azı 30 dəqiqə aerobik məşğul olmaq (gəzinti, üzgüçülük, velosiped) tövsiyə olunur. Açıq havada edilən idman, müqavimət, fitness və enerji səviyyəsini artırır.

 

Bədən müqavimətini artırmaq üçün yetkin insanın gündə 7-9 saat yatması vacibdir. Yuxu zamanı ürək dərəcəsi, qan təzyiqi və tənəffüs azalır, faydalı hormonların ifrazı artır. Yuxu balanslı və nizamlı olmalı, ideal saatlar gecə 23.00 ilə səhər 07.00 arasıdır.

 

C vitamininin qripdən qoruduğu məlumdur, həmçinin D vitamini çatışmazlığı qış xəstəliklərini artırır. D vitamini səviyyəsini artırmaq üçün günəş vannası qəbul etmək tövsiyə olunur. Bu mümkün olmadıqda, həkim məsləhəti ilə D vitamini əlavələri istifadə oluna bilər.

 

Qış xəstəliklərindən qorunmağın ən sadə yolu gigiyena qaydalarına riayət etməkdir. Əllər düzgün yuyulmalı və xarici mühitlə təmasdan sonra burun, göz və ağıza toxunulmamalıdır.

Səbinə

Qlobal.net

24.02.2025 21:55
show 38