Soyuq havalarda infarkt riski artır

Soyuq havalarda infarkt riski artır

İnfarkt və digər ürək-damar xəstəlikləri bütün dünyada və ölkəmizdə əsas ölüm səbəbləridir. 

 

Qlobal.net bildirir ki, dünyada orta hesabla hər dörd ölümdən biri ürək-damar xəstəlikləri səbəbindən baş verir. Soyuq hava da ürək sağlamlığına ciddi təsir edir.

 

Türkiyə Sinə və Ürək Damar Cərrahiyyəsi Təhsil və Araşdırma Xəstəxanasının Kardiologiya mütəxəssisi Dos.Dr.Kahraman bu haqda danışıb.

 

Dr. Kahraman, "Qış aylarında ürək-damar xəstəlikləri səbəbiylə infarkt riskində artım olsa da, ürək çatışmazlığı və yüksək təzyiq kimi halların pisləşməsi müşahidə edilə bilər" dedi. 

 

"Soyuq havada ürəyə axan qanın miqdarı azalır. Bu zaman ürək bədənə kifayət qədər qan vurmaq üçün daha çox işləməli olur. Bu, ürəyin oksigenə ehtiyacının artmasına səbəb olur. Lakin soyuq havalarda ürəyi qidalandıran tac damarlarının daralması baş verir ki, bu da ürəyin qan tədarükünün azalmasına səbəb olur. Bunun nəticəsində də sinə əzələlərinin ehtiyacı artır və ürək inarktına səbəb ola bilir” sözlərini vurğuladı.

 

Ürək-damar xəstəliklərinin müalicəsində və qorunmasında mühüm yeri olan balanslı qidalanma, fiziki fəaliyyət və çəki nəzarətinin də qış aylarında pozulduğuna diqqət çəkən Dos. Dr. Kahraman, "Fiziki məşqlərin azalması ilə birlikdə hərəkətsiz həyat və kilo artımı müşahidə edilir. Bundan əlavə, qışda yağlı və duzlu qidaların qəbulu ürək-damar tıxanıqlığının artmasına və infarkt keçirməsinə səbəb ola bilər" dedi.

 

Soyuq havalarda infarkt riskinin artdığını, həyat tərzinin dəyişməsinin təsiri ilə ürək çatışmazlığının da artdığını deyən Dos. Dr. Kahraman: "Qrip və pnevmoniya kimi infeksiyaların artması ürək-damar xəstəlikləri üçün risk yaradır" dedi.

Səbinə

Qlobal.net

28.02.2025 10:52
show 80