Şou əhli qırmızıya büründü

Şou əhli qırmızıya büründü - VİDEO

Son günlər şou-biznesin sevilən xanım ifaçıları geyim seçimləri ilə gündəmə gəliblər. Müğənnilər Türkan Vəlizadə, Nəfəs, Vəfa Şərifova, Aysun İsmayılova və Mina Hüseyn fərqli məclislərdə başdan ayağa qırmızı libasa bürünərək iştirak ediblər.

Qlobal.net xəbər verir ki, hər biri özünəməxsus dəb anlayışı ilə fərqlənən ifaçılar cəsarətli və diqqətçəkən geyimləri ilə sosial şəbəkələrdə izləyicilərin müzakirə mövzusuna çevrilib. Qırmızı libasa üstünlük verən sənətçilərin bu seçimi izləyicilər tərəfindən müxtəlif rəylərlə qarşılanıb.

İfaçıların qırmızı libasda məclislərdə görünməsi şou-biznes aləmində də maraqla qarşılanıb və "Kimə daha çox yaraşır?" sualını da ortaya çıxarıb. (yenisabah.az)


17.03.2025 13:31
show 218