"WhatsApp" mesenceri, "Facebook" və "İnstagram" sosial şəbəkələrinin fəaliyyətində nasazlıqlar yaranıb.
Qlobal.net xəbər verir ki, bu barədə “Downdetector” platforması məlumat yayıb. İstifadəçilər, əsasən, mesajların göndərilməsində, tətbiqlərin işləməsində və bağlantı ilə bağlı çətinliklər yaşadıqlarını bildiriblər.
Qeyd olunan problemlər Azərbaycanda da müşahidə olunur.