"Sonradan bildim ki, restorandakı oğlanla anam da görüşüb..." - Bakıdakı hadisənin şok təfərrüatı
Bakının
Nərimanov rayonunda 2002-ci il təvəllüdlü Kamal yetkinlik yaşına
çatmayan Naziləyə (adlar şərti verilib – red.) qarşı seksual hərəkətlər
edib.Qlobal.net-in məlumatına görə, Kamal 28 iyul 2020-ci ildən 6 yanvar 2021-ci ilədək
olan müddət ərzində Nazilə ilə bir neçə dəfə qeyri-təbii yolla cinsi
əlaqədə olub, həmçinin ona qarşı digər seksual xarakterli hərəkətlər
edib.İstintaq orqanı tərəfindən Kamalın barəsində Cinayət Məcəlləsinin
152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya
seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan
edilib.
“Niyyətim ciddi olub”
Cinayət işi üzrə
təqsirləndirilən şəxs qismində ifadə verən Kamal ittiham üzrə özünü
təqsirli bilib.
O bildirib ki, Daxili İşlər Nazirliyi Daxili Qoşunların
“N” saylı hərbi hissəsində çağırış üzrə müddətli həqiqi hərbi xidmətdə
olub və kiçik çavuşdur: “Nazilə ilə 3 iyul 2018-ci ildə Nərimanov rayonu
ərazisində tanış olduq. Onunla həm mobil telefon, həm də sosial şəbəkə
vasitəsilə əlaqə saxlamışam.İlk əvvəl dost kimi münasibət qursaq da,
sonralar bir-birimizi sevməyə başladıq. Nazuilə ilə 2 ilə yaxın müddət
ərzində əlaqə saxladım, bir neçə dəfə görüşdük, amma bu müddət ərzində
aramızda heç nə olmadı. Sevgili kimi əl-ələ tutsaq da, onun hər hansı
bədən orqanına toxunmamışam, qucaqlaşmamışam və öpüşməmişik. Mənim
Naziləyə qarşı niyyətim ciddi olub. Gələcəkdə onunla evlənmək
istəyirdim”.
“Sevgili olduğumuzu bilməyiblər”
Təqsirləndirilən
şəxsin sözlərinə görə, həmin vaxt Nazilənin 13-14 yaşı olduğundan, ona
el adəti ilə elçi göndərə bilməyib: “Düşündüm ki, hərbi xidmətini başa
çatdırıb, geri qayıdandan sonra onunla evlənəcəm. Sonralar karantin
vaxtı olduğu üçün Nazilə ilə küçədə görüşə bilmədim. Həm də Nazilənin
anası və babasının bizim sevgili olmağımızdan xəbərsiz idilər.
Bu
səbəbdən onlarda görüşə bilmirdik.Buna görə də Nazilə ilə danışdım,
tanışım Fərid adlı şəxsin kirayə yaşadığı evdə görüşmək qərarına gəldik.
Bu məqsədlə Fəridə qız tanışımla onun kirayə yaşadığı evdə görüşəcəyimi
dedim, evin açarını mənə verməsini xahiş etdim. O da problem olmadığını
bildirdi”.
“Cinsi əlaqədə olduq”
Kamal bildirib ki,
Nazilə ilə 28 iyul 2020-ci ildə saat 14 radələrində görüşüb və birlikdə
Fəridin kirayə yaşadığı evin qarşısına gəliblər: “Fərid də danışdığımız
kimi ora gəldi, evin açarını mənə verib getdi.
Nazilə ilə evin içərisinə
daxil olduq.Evdə sevgili kimi bir müddət söhbət edəndən sonra hər
ikimiz ehtiraslandıq, qucaqlaşdıq, öpüşdük. Sonra soyunaraq könüllü
razılıq əsasında qeyri-təbii yolla cinsi əlaqədə olduq. Cinsi
ehtirasımızı təmin edəndən sonra evdən çıxaraq getdik.Ayrı-ayrı
vaxtlarda həmin evdə Nazilə ilə təxminən 5-6 dəfə könüllü razılıq
əsasında qeyri-təbii yolla cinsi əlaqədə olduq, amma ona qarşı digər hər
hansı qanunsuz hərəkətlərə yol verməmişəm”.
“Peşmançılıq çəkmişəm”
Kamal
qeyd edib ki, sonuncu dəfə 6 yanvar 2021-ci ildə, saat 15 radələrində
həmin ünvanda yerləşən evdə Nazilə ilə görüşüblər: “Könüllü razılığı
əsasında Nazilə ilə qeyri-təbii yolla cinsi əlaqədə olduq.
Yanvarın 7-də
çağırış üzrə müddətli həqiqi hərbi xidmətə getdiyimdən Nazilə ilə
görüşlərimiz olmadı.Nazilə ilə təbii yolla cinsi əlaqədə olmamışam, buna
cəhd etməmişəm. Belə bir fikrim də olmayıb. Ona qarşı zor tətbiq
etməmişəm, zor tətbiq edəcəyimlə hədələməmişəm. Əksinə, Nazilənin
təklifi ilə hər ikimiz razılaşaraq bu cür münasibətə girmişik. Son
olaraq əməlimdən peşmançılıq çəkmişəm”.
“Təklifini rədd etmişəm”
Cinayət
işi üzrə zərərçəkmiş şəxs kimi tanınan Nazilənin sözlərinə görə, Kamalı
3 iyul 2018-ci ildə tanıyıb, onunla münasibəti yaxşı olub: “Tanış
olanda Kamala 2005-ci il təvəllüdlü olduğumu demişəm. Həm sosial şəbəkə
vasitəsilə, həm də mobil telefonla bir-birimizlə əlaqə saxlamağa
başladıq.İlk əvvəl Kamalla dost kimi münasibət saxlasam da, sonradan
bir-birimizi sevməyə başladıq.
Kamalla 2 ilə yaxın əlaqə saxladım, həmin
müddət ərzində aramızda heç nə olmayıb. Əvvəllər mənimlə cinsi əlaqədə
olmaq və seksual xarakterli hərəkətlər etmək fikrində olduğunu bir neçə
dəfə bildirdi. Həmişə onun təklifini rədd etmişəm”.
“Evdə görüşməyə razılıq verdim”
Nazilə
qeyd edib ki, 27 iyul 2020-ci ildə Kamalla mobil telefonla danışan
zaman ona kiminsə evində görüşməyi təklif edib: “İlk öncə təklifi rədd
etdim. Lakin Kamal israr etdiyi üçün razılaşdım. Aramızda razılıq əldə
olunandan sonra 28 iyul 2020-ci ildə saat 14 radələrində Kamalla
görüşdük.
Az müddət gəzişəndən sonra saat 15 radələrində onun təklifi ilə
birlikdə tanışı Fəridin kirayə yaşadığı ev kimi təqdim etdiyi mənzilə
getdik. Evin qarşısına çatanda Fərid adlı cavan oğlan ora gələrək evin
açarlarını verdi və oradan çıxaraq getdi”.
“Sağollaşdıq, ayrıldıq”
Nazilənin
ifadəsinə görə, həmin vaxt evdə onlardan başqa heç kim olmayıb:
“Kamalla birlikdə evin yataq otağına daxil olandan sonra hər ikimizin
razılığı ilə ilk öncə qucaqlaşdıq, öpüşdük və paltarlarımzı soyunduq.
Sonra Kamal qeyri-təbii yolla mənimlə cinsi əlaqədə oldu.
Həmin vaxt
Kamal qeyri-təbii yolla cinsi əlaqədə olan zaman təsadüfən təbii yolla
da cinsi əlaqəyə girdi.Kamal cinsi ehtirasını təmin edəndən sonra
sağollaşdıq, ayrıldıq. Yaşadığım mənzildə alt paltarıma qan ləkələrinin
düşdüyünün şahidi olsam da, qızlıq pərdəmin tamlığının həqiqətən
pozulmasına əmin olmadım”.
“Məni hədələməyib”
Nazilə
bildirib ki, bundan sonra ayrı-ayrı vaxtlarda həmin evdə Kamalla
təxminən 10-15 dəfə görüşüblər, onunla qeyri-təbii yolla cinsi əlaqədə
olub: “6 yanvar 2021-ci ildə saat 15 radələrində eyni evdə Kamalla
sonuncu dəfə görüşdük. Hər ikimizin razılığı ilə mənimlə qeyri-təbii
yolla cinsi əlaqədə olsa da, səhəri gün hərbi xidmətə getdiyindən daha
görüşmədik.
Bu müddət ərzində Kamal mənə qarşı digər seksual xarakterli
hərəkətlər etməyib. Hər hansı zor tətbiq eləməyib və ya zor tətbiq
edəcəyi ilə hədələməyib”.
“İstirahət mərkəzində tanış olduq”
Nazilə
qeyd edib ki, Kamalla tanış olduqları müddət ərzində öz təşəbbüsü ilə
kömək məqsədilə ayrı-ayrı vaxtlarda ona ümumilikdə 1000 manata yaxın pul
verib: “Həmin ərəfələrdə anam, xalam və xalam qızı ilə birlikdə Pirşağı
qəsəbəsi ərazisində yerləşən "Həyat" İstirahət Mərkəzinə istirahətə
getdik.
Orada qalmağa 3 günlük yer götürdük və istirahət etməyə
başladıq.Elvin həmin istirahət mərkəzində müştəriləri əyləndirmək üçün
skripka ifa etdiyindən orada onunla tanış oldum. Bir-birimizin telefon
nömrələrini götürərək vatsap vasitəsilə tanış kimi əlaqə saxlamağa
başladıq.
Elvinlə tanış olanda 2005-ci il təvəllüdlü olduğumu dedim. O
da 27 yaşının olduğunu bildirdi. Mənimlə görüşməyi təklif etsə də,
təklifi qəbul etmədim”.
“Cinsi əlaqədə olmağı təklif etsə də...”
Zərərçəkmişin
ifadəsinə görə, 2019-cu ilin noyabrında Elvin israrla görüşməyi təklif
edəndə onun təklifini qəbul edib: “Saat 17 radələrində "Sahil"
metrostansiyasının yaxınlığında Elvinin skripka dərsləri keçdiyi yerdə
görüşdük. Həmin vaxt Elvinlə söhbət etdik, aramızda heç nə olmadan və
Elvin heç nə təklif etmədən sağollaşaraq ayrıldıq.
Oradan çıxaraq
yaşadığım evə getdim. Aradan təxminən 2 həftə keçəndən sonra Elvinin
təklifi ilə həmin yerdə yenidən görüşdük. Elvin mənimlə qeyri-təbii
yolla cinsi əlaqədə olmaq istədiyini dedi. Təklifi rədd etdim və
aramızda heç nə olmadan onunla sağollaşdım, oradan çıxaraq yaşadığım evə
getdim”.
“Məni evə dəvət etdi”
Nazilə bildirib ki,
2020-ci ilin martın sonlarında Elvinlə danışan zaman yenə görüş təklifi
alıb: “Elvinin təklifini qəbul etdim. "20 Yanvar" metrostansiyasının
yaxınlığında görüşdük. Elvin əynindəki geyimi dəyişəcəyini dedi, məni
metrostansiyanın yaxınlığında yerləşən kirayə mənzilə dəvət
etdi.
Birlikdə həmin mənzilə getdik. Mənzilin hansı binada yerləşməsini
xatırlamıram. Elvinlə mənzilə daxil olanda, orada tanımadığım bir cavan
oğlan da vardı. Həmin şəxsin kimliyi ilə maraqlandım. Elvin onun dostu
olduğunu bildirdi və çay içib, gedəcəyini qeyd etdi. Cavan oğlan
gedəndən sonra Elvinlə qeyri-təbii yolla cinsi əlaqədə olduq.
Daha sonra
sağollaşdıq, mənzildən çıxaraq yaşadığım evə getdim. Ondan sonra Elvin
ilə telefonla əlaqə saxlasam da, görüşlərimiz olmadı”.
“Məndən pul tələb etdi”
Nazilə
deyib ki, sonralar Elvin vatsapda onunla əlaqə saxlayıb: “Məndən 100
manat borc istədi. Ona üstümdə 50 manat olduğunu və bu qədər pulu
göndərə biləcəyimi dedim. Elvin adına olan kartın şəklini göndərəndən
sonra pul köçürmə aparatlarından biri ilə həmin karta 50 manat
göndərdim.
Aradan 2-3 gün keçəndən sonra Elvin mobil telefonla təkrar
mənimlə əlaqə saxladı, mənzilin kirayə pulunu verə bilmədiyini dedi,
məndən pul istədi. Pulumun olmadığını dedim. Elvin israrla atamdan pul
götürüb göndərməyimi istədi. Ona atamdan pul ala bilməyəcəyimi
bildirdim.
Elvin heç olmasa 20 manat xərclik pulu verməyimi tələb edəndə
yenə imtina etdim. Onun mobil nömrəsini telefonunun qara siyahısına
saldım”.
“Anamdan oğlana niyə nömrə verdiyini soruşdum”
Nazilə
bildirib ki, 14 fevral 2021-ci ildə, saat 19 radələrində anası Sevda,
azyaşlı bacısı Xumar, qonşusu Röya, onun azyaşlı oğlu Vəli ilə birlikdə
Sevgililər gününü qeyd etmək üçün yeyib-içmək məqsədilə Xutor
qəsəbəsində yerləşən "Galata Meyhane" adı ilə tanınan restorana
gediblər:
“Masaların birinin ətrafında oturduq, yemək sifariş verdik.
Qonşu masaların birinin ətrafında sonradan tanıdığım Təbriz və Turanın
tanımadığım digər şəxslərlə yemək yediklərini gördüm. Yemək zamanı anam
Təbrizi göstərərək onun məni diqqətlə nəzərindən keçirdiyini bildirdi.
Onunla baxışsaq da, bir-birimizə heç nə demədik.
Restorandan çıxanda
tamam ayrı masanın ətrafında oturmuş sonradan adının Adil olduğunu
bildiyim şəxs anama yaxınlaşaraq, ondan mobil telefon nömrəsini istədi.
Anam mobil telefon nömrəsini həmin şəxsə verdi və oradan çıxaraq
yaşadığımız evə qayıtdıq.Yolda anamdan nə səbəbə nömrəsini Adilə
verdiyini soruşdum. Anam onunla əlaqə saxlayaraq danışacağını bildirdi”.
“Dostluq göndərdim”
Nazilənin
sözlərinə görə, yolda Röyaya Təbrizdən xoşuna gəldiyini deyib və onunla
necə əlaqə saxlaya biləcəyini soruşub: “Röya "Galata Meyhane"
restoranının instaqram səhifəsinə daxil olaraq izləyiciləri nəzərindən
keçirməyimi və ola bilsin, Təbrizi həmin izləyicilərin siyahısında
olacağını dedi, şəkildən onu tanıya biləcəyimi nəzərimə çatdırdı.2021-ci
ilin martın əvvəllərində Röyaya Təbrizi instaqram səhifəsini tapa
bilmədiyimi dedim, bu işdə o mənə köməkk edəcəyini bildirdi. Amma
sonradan "Galata Meyhane" restoranının instaqram səhifəsinə daxil oldum,
izləyicilərini nəzərindən keçirəndə Təbrizi tanıdım. Bu barədə Röyaya
dedim.Röya Turanın da Təbrizlə birlikdə fotoşəklinin ola biləcəyini və
onun vasitəsilə Turanı da tapa biləcəyimizi bildirdi. Təbrizin instaqram
səhifəsini izləməsini məndən xahiş etdi. Mən də öz instaqram səhifəmdən
Təbrizin instaqram səhifəsinə dostluq göndərdim”.
“Təklifi ilə razı oldu”
Nazilə
qeyd edib ki, Təbrizin instaqram sosial şəbəkəsində dostluğunu qəbul
edəndən sonra onun instaqram səhifəsi vasitəsilə Turanın da səhifəsini
tapıb və Röyaya ora necə daxil ola biləcəyini izah edib:“Sonra instaqram
vasitəsilə Təbrizlə tanış oldum, Röya isə utandığından Turanın
instaqram səhifəsinə yazmadı və onlar tanış ola bilmədilər.Təbrizlə
tanışlıq zaman ona 2005-ci il təvəllüdlü olduğunu dedim.
Martın 8-də,
saat 19 radələrində anamın təklifi ilə Röya ilə bilikdə yenidən "Galata
Meyhane" restoranına getdik. Orada masaların birinin ətrafında oturaraq
özümüzə yemək sifariş verdik. Təxminən 1 saat sonra Təbriz və Turan
ikisi ora gələrək digər masaların birinin ətrafında oturdular.Təbriz
yaxınlaşıb bizi masalarına dəvət etdi. Anam razılaşmadığından
oturduğumuz yerdən durub, digər masaya keçmədik. Biz yeməyimizi yedik,
restorandan çıxan zaman Təbriz yaxınlaşdı, bizi avtomobillə evə
aparmağını təklif etdi, razılaşdıq.
Təbrizin təklifi ilə Sərdar adlı
şəxsin idarə etdiyi avtomobillə evimizə getdik. Həmin vaxt Təbriz özü
avtomobilin qabaq sağ oturacağında oturmuşdu”.Nazilənin ifadəsinə görə, 9
mart 2021-ci ildə saat 19 radələrində yenidən anası və qonşusu Röya ilə
birlikdə yemək yemək məqsədilə "Galata Meyhane" restoranına gediblər:
“Restorana daxil olanda Təbriz də orada idi. O bizə yaxınlaşdı,
salamlaşaraq bir azdan Turanın da gələcəyini dedi. Bir masanın ətrafında
oturmağı təklif etsə də biz razılaşmadıq”.
“Anam məndən gizli həm Təbrizlə, həm də, Adilə görüşüb”
Nazilə
deyib ki, bundan bir neçə gün sonra Təbriz ona zəng edib, həmişəki
restorana getdiyini və yolda olduğunu deyib: “Aradan təxminən 10-15
dəqiqə sonra Təbriz təkbaşına həmin restorana gəldi. Turan orada
olmadığından Röyanın xahişi əsasında Təbrizin zəng edərək onu da
restorana çağırmasını xahiş etdim. Təbrizin zəngindən sonra Turan da ora
gəldi.
Birlikdə restoranda kabinetlərin birində yemək yedik. Yeməkdən
sonra Təbrizin xahişi ilə onun xalası oğlu kimi təqdim etdiyi şəxs bizi
avtomobillə yaşadığlmlz evə apardı. Sonradan anamın məndən gizli həm
Təbrizlə, həm də Adilə görüşdüyünü bilsəm də, aralarında konkret hansı
münasibətin olduğundan xəbərsiz qaldım”.
“Mehmanxanaya çağırsam da, gəlməkdən imtina etdi”
Nazilə
qeyd edib ki, 12 mart 2021-ci ildə yaşadıqları mənzildə atası ilə anası
arasında narazılıq yaranıb, anası yaşadıqları mənzili tərk edib və Xırdalan
şəhərindəki evlərinə gedib: “Mən də anamla getdim.Həmin gün axşamüstü
anamla aramızda narazılıq yarandı, bu səbəbdən oranı tərk edərək
təkbaşına Nərimanov rayonuna qayıtdım və "Divan" adı ilə fəaliyyət
göstərən mehmanxanaya getdim. Mehmanxanada Təbrizlə əlaqə saxladım,
yerimi ona dedim. Onu mehmanaxanaya dəvət etsəm də, gəlməkdən imtina
etdi.
Gecəni həmin mehmanxanada təkbaşına qalandan sonra səhər
saatlarında oradan çıxdım, Xırdalan şəhərinə anamın yanına getdim,
onunla barışdım”.Nazilə bildirib ki,ad günü martın 20-sinə təsadüf etsə
də, həmin gün Novruz bayramı olduğundan martın 19-da saat 19 radələrində
ad gününü qeyd etmək üçün anası, xalası, xalası qızı və qonşusu Röya
ilə birlikdə "Galata Meyhane" restoranına gediblər: “Ad günümü "Galata
Meyhane" restoranında qeyd edən zaman Təbriz və Turan orada yox idilər.
Oradan çıxandan sonra mən babama məxsus Nərimanov rayonu ərazisində
yerləşən evə, anam isə valideynlərinə məxsus evə qayıtdı”.
“Mənimlə oral sekslə məşğul olmaq istədi”
Nazilənin
ifadəsinə görə, martın 20-də təkbaşına Xırdalan şəhərinə anasının
yanına gedib: “Orada 3 gün qalandan sonra martın 23-də yenidən babamın
evinə qayıtdım. 2-3 gün keçəndən sonra yenidən təkbaşına Xırdalan
şəhərinə anamın yanına getdim.Təxminən 25-26 mart tarixlərində,
axşamüstü anamla aramızda narazılıq yarandığından evdən çıxdım. Evdən
çıxandan sonra Təbriz mənə zəng etdi, harada olduğumu soruşdu. Baş
verənləri ona danışdım. Təbriz mənimlə görüşməyi təklif etdi."Gənclik"
metrostansiyasının yaxınlığında yerləşən "Gənclik Mall" Ticarət
Mərkəzinin qarşısında onunla görüşdüm və onun avtomobilində Əhməd
Rəcəbli küçəsində yerləşən adını bilmədiyim mehmanxanaların birinə
getdik.Təbriz mehmanxanada otaq sifariş verəndən sonra ikimiz həmin
otağa daxil olduq. Hər ikimizin razılığımız ilə qucaqlaşdıq,
paltarlarımızı soyunduq. Təbriz mənimlə oral sekslə məşğul olmaq istədi.
Mən imtina etdim. Sonra hər ikimizin könüllü razılığımız əsasında
Təbriz mənimlə qeyri-təbii yolla cinsi əlaqədə olduq. Həmin gecə
Təbrizlə bir yerdə orada qaldıq, səhər açılan kimi mehmanaxanadan
çıxaraq getdik”.
“Dedim ki, səninlə belə danışmamışdım”
Nazilənin
bildirdiyinə görə, aprelin 2-də saat 20 radələrində yaşadığı mənzildə
olanda Təbriz ona zəng edib: “Təbriz Turan və Röya ilə birlikdə Astara
rayonuna getmək istədiklərini bildirdi, mənim onlarla bir yerdə
getməyimi təklif etdi. İlk öncə getmək istəmədiyimi dedim.Təbriz onlarla
getməyəcəyim halda Röyanın da getməyəcəyini bildirdi. Röya mənimlə
əlaqə saxladı, bir yerdə gəzib, vaxt keçirəcəyimizi dedi.
Mən də onun
təklifini qəbul etdim. Astara rayonuna getməklə əlaqədar aramızda
razılıq əldə olunandan sonra aprelin 2-ə keçən gecə saat 00.30-da
"Gənclik" metrostansiyasının yaxınlığında yerləşən "Gənclik" Şadlıq
Sarayının qarşısında Təbriz və Röya ilə birlikdə görüşdük. Oradan Astara
rayonuna yola düşdük.
Saat 5 radələrində Astara şəhərinə çatdıq,
"Astara" adı ilə fəaliyyət göstərən mehmanxanaya gəldik. Turan və Təbriz
mehmanxanada 2 otaq sifariş verdilər. Öncə mən Röya ilə bir otaqda
oldum, sonra o, özünün Turanla, mənim də Təbrizlə bir otaqda qalacağımı
söylədi.Bundan sonra Röya Turanla bir otağa, mən isə Təbrizlə digər
otağa keçdik. 2 nəfərlik çarpayıda uzanan zaman Təbriz məni qucaqladı,
yaxınlıq etmək istəsə də, boyun qaçırdım. Ona yaxınlıq etməyə icazə
vermədiyimi görən Təbriz bildirdi ki, bəs, onda bura nə səbəbə görə
gəlmisən? Ona dedim ki, səninlə belə danışmamışdım axı.
Sonra Təbriz
mənə toxunmadan yanında uzanaraq yatdı”.Nazilə deyib ki, saat 8
radələrində yuxudan ayılanda Təbriz onu qucaqlayıb və öpməyə başlayıb:
“Təbrizi itələsəm də, yenə mənə yaxınlıq etdi. Əl çəkmədi, əl-qolumu
tutduğundan məcbur olaraq onunla razılaşdım. Təbriz qeyri-təbii yolla
mənimlə cinsi əlaqədə oldu. Həmin gün Bakı şəhərinə qayıtdıq. Qayıdan
zaman Röya bizim bir yerdə olmadığımız görüntüsünü yaratmaq üçün vatsap
vasitəsilə mənə səs göndərdi, guya harada olduğumu soruşdu”.Bu cinayət
işinə Nərimanov rayon Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə
baxılıb.
Kamalın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə)
maddəsi tətbiq edilib. Ona 1 il sınaq müddəti olmaqla şərti cəza təyin
edilib.
Qeyd edək ki, zərərçəkmiş Nazilənin ifadəsində göstərilən
digər iki şəxsin barəsində isə ayrıca cinayət işi olub və onlar da
məsuliyyətə cəlb olunublar. (teleqraf.com)