19.04.2021
12:05
96

SON DƏQİQƏ - Üzücü xəbər gəldi Azərbaycan Ordusu şəhid verib

Loading...

Azərbaycan Ordusunun Füzuli istiqamətində gedən döyüşlərdə yaralanmış daha bir hərbçisi Nurlan Əbilov şəhid olub.

Qlobal.net xəbər verir ki, bu barədə baku.ws-ə şəhidin yaxınları məlumat verib.

6 ay 11 gün komada qalan Nurlan Əbilovun həyatını xilas etmək mümkün olmayıb və o, şəhadət məqamına ucalıb.

Bildirilib ki, Nurlan Əbilov Masallının Şərəfə kəndində dəfn olunacaq.

Qeyd edək ki, Nurlan Fərrux oğlu Əbilov 1994-cü ildə Masallı rayonunun Ağakişibəyli kəndində anadan olub. Atasını uşaq ikən itirib, anası isə 4 il öncə rəhmətə gedib. O, 8 oktyabrda Füzuli uğrunda gedən döyüşlərdə başından ağır yaralanıb. Şəhidin 3 və 5 yaşında övladları yadigar qalıb.



Loading...