18.03.2021
18:18
2719

SON DƏQİQƏ: SMS icazə sistemi bərpa edilir - Az öncə açıqlandı

Loading...

"Azərbaycanda sms icazə sistemi, rayonlara gediş-gəliş bağlı qadağa tətbiq oluna bilər. O cümlədən müəyyən iş yerlərində bağlanma da nəzərdə tutula bilər".

Bu sözləri açıqlamasında millət vəkili Cavid Osmanov bildirib.

O əlavə edib ki, son günlər Azərbaycanda koronavirusa yoluxma sayında artım müşahidə olunur: "Oxşar vəziyyət Avropa ölkələrində də qeydə alınır və karantin rejimlərində sərtləşdirilməyə gedilir. Ölkəmizdə virusa yoluxanların sayı sağalanların sayından artıq 3 dəfə çoxdur.

Bundan əlavə Britaniya ştammı da 3 nəfərdə aşkarlanıb. Belə olan halda mənfi dinamika inkişaf edərsə, yoluxanların sayı daha da artarsa, yenidən məhduduiyyətlərin tətbiq olunması gözlənilir.

Mövcud durumda Azərbaycanda sms icazə sistemi, rayonlara gediş-gəliş bağlı qadağa tətbiq oluna bilər. O cümlədən müəyyən iş yerlərində bağlanma da nəzərdə tutula bilər.

Belə olan halda hər birimizin üzərinə ciddi məsuliyyət düşür. Vətəndaşlar pandemiya ilə bağlı qoyulan qaydalara əməl etməlidir. Tibbi qoruyucu maskalardan və dezinfeksiya məhlullarından istifadə etmək lazımdır. Həmçinin təmaslardan maksimum uzaq olmaq lazımdır. Ehtiyac olmadığı təqdirdə küçəyə çıxmamaq məsləhət görülür.

Eyni zamanda vətəndaşları ölkəmizdə yanvar ayından etibarən başlayan vaskinasiya prosesində aktiv iştirak etməyə səsləyirəm. Peyvəndlərdən istifadə insanların virusa yoluxmasının qarşısının alınmasında böyük rol oynayır".

Qeyd edək ki, Azərbaycanda Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində “Sars Cov-2” genom analizi edilən üç nümunədə 501Y.V1, B.1.1.7 (Britaniya variantı) aşkar edilib. Ölkəmizdə koronavirus əleyhinə istifadə olunan “Coronavac” vaksini yeni ştamlara qarşı da effektivdir. //Baku.ws

Loading...