19.03.2021
12:23
3391

SON DƏQİQƏ! Sərtləşdirilmiş karantinin DETALLARI BİLİNDİ - Dərslər dayanır, SMS İCAZƏ İŞƏ DÜŞÜR

Loading...
Xəbər verdiyimiz kimi, bu gün saat 16.00-da Nazirlər Kabineti Yanında Operativ Qərargahın brifinqi keçiriləcək. Brifinqdən öncə isə Operativ Qərargahın karantin rejiminin sərtləşdirilməsi ilə bağlı qərarlarının açıqlanacağı gözlənilir.

Bəs hansı qərarlar veriləcək?
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Operativ Qərargahın qərarına əsasən, Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna giriş-çıxış dayandırılacaq. 

Həmçinin ictimai-iaşə obyektlərində (kafe-restoran) yerində xidmət dayandırılacaq, salon və bərbərxanalar işləməyəcək.

Ali və orta təhsil müəssisələrində təhsil dayandırılacaq, yenidən distant təhsilə start veriləcək.

Həmçinin SMS icazə tətbiq olunacaq.

Sərtləşdirilmiş karantin rejiminin ən azı 3 həftə ərzində tətbiqi gözlənilir.
Loading...