11.03.2021
10:56
2957

SON DƏQİQƏ! Rayonlara gediş-gəliş tamamilə dayandırılır? - Deputat az öncə AÇIQLADI

Loading...

"Əfsuslar olsun ki, yoluxma sayında yenidən yüksəlməyə meyillilik var".

Bunu MediaBaku.az-a açıqlamasında millət vəkili Cavid Osmanov deyib.

Onun sözlərinə görə, yoluxma sayında yenidən yüksəlmə olarsa qabaqlayıcı tədbirlər görüləcək.

"Son rəqəmlərə nəzər salsaq görərik ki, bütün dünyada koronavirus pandemiyasına 110 milyondan çox adam yoluxub, 2 milyon 500 mindən çox insan isə artıq bu virusun qurbanı olub. Bir sıra ölkələr var ki, preventiv, qabaqlayıcı, o cümlədən vaksin köçürülməsi üzrə yüksək tədbirlər görürlər. Bildiyiniz kimi, bunlardan biri də Azərbaycandır. Çünki Azərbaycanın karonavirus pandemiyasına qarşı apardığı nəzarət tədbirləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tərəfindən yüksək qiymətləndirilir və bir sıra ölkələrə nümunə kimi təqdim olunur ki, onlar da öz ölkələrində bu modeli tədbiq etsinlər. Əgər son günlərin dinamikasına baxsaq  görərik ki, 1 ay bundan əvvəlki günlərdə yoluxma sayı 4000 minə yaxın idi. Lakin indi son günlərdə müsbət dinamika müşahidə olunur. Buna baxmayaraq yoluxma sayında yenidən yüksəlməyə meyillilik var. Bu günkü rəqəmlərə görə, yolların bağlanması aktual deyil, lakin bu dinamika ilə rəqəmlər yüksəlsə əlbəttə ki, Operativ Qərargah tərəfindən qabaqlayıcı tədbirlər həyata keçiriləcəkdir", - deyə C. Osmanov qeyd edib.

Loading...