667e801d426c4202406241925
SON DƏQİQƏ - "Qarabağ"dan heç kimin gözləmədiyi transfer əməliyyatı

Yunanıstan yığmasının qapıçısı Andreas Yanniotis «Qarabağ»la danışıqlar aparır.

Ağdam klubundan redaksiyamıza daxil olan informasiyaya görə, 31 yaşlı kiperin meneceriylə görüşmələr bir müddət əvvəl başlayıb.

2018-ci ildən ölkəsinin əsas millisinə dəvət alan «əlcək sahibi» karyerasını Azərbaycanda davam etdirməyə isti yanaşır. Çünki o, avrokuboklarda oynamaq və özünü göstərmək iddiasındadır.

İndi isə onun belə bir imkanı yoxdur. 2023- cü ilin sentyabrından Türkiyədə - «Kasımpaşa»da çıxış eləyən yunan buradan ayrılmağa hazırdır.

Gələn ilin yayınadək İstanbul təmsilçisinə məxsus olan elladalı legioner «Apollon Kalamarias»un yetirməsidir.

Peşəkar karyerasına 2011-ci ildə «Etnikos Qazoros»da başlayan Andreas növbəti 5 ildə «Olimpiakos»a aid olub. Bu illər ərzində icarə əsasında «Fostiras», «PAS Qiannina» və «Panionios»nun formasını geyinib. (sportinfo)

28.06.2024 13:18
show 1473