photo_61594191
SON DƏQİQƏ: Laçında 2 hərbçimiz həlak oldu (YENİLƏNDİ)

Avqustun 5-i Laçın rayonunda qaya parçasının düşməsi nəticəsində ağır xəsarət almış əsgər Əliyev Tahir Çingiz oğlu vəfat edib.

Faktı Müdafiə Nazirliyindən təsdiqləyiblər.

Qeyd edək ki, hər iki əsgərimiz xidməti döyüş tapşırığını yerinə yetirərkən həlak olduqlarına görə şəhid statusu veriləcək.

xxx

Avqustun 5-i Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Xudiyev Samir Səməd oğlu və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb.

Qlobal.net xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, nəticədə əsgər S.Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib. 

Müxtəlif bədən xəsarətləri almış əsgər T.Əliyevin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

05.08.2022 16:19
242