643561dc7b271202304233420
SON DƏQİQƏ: Laçın atəşə tutuldu, hərbçilərimiz şəhid olub və yaralanıb

Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.

Bu barədə Qlobal.net Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb.

Hazırda Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.

11.04.2023 17:32
show 379