İki gündür yağan leysan yağışlar nəticəsində Lerik rayonunu Yardımlı rayonu ilə birləşdirən yolun üzərindəki yeganə körpünü sel aparıb.
Qlobal.net xəbər verir ki, bu barədə yerli sakinlər sosial şəbəkədə məlumatlar paylaşaraq müvafiq qurumlardan yardım istəyiblər.
Bildirilir ki, Ağçay çayü üzərində vaxtilə dəmir borularla atılmış körpünün uçması nəticəsində leriklilərin bu ustiqamətdən Masallı ilə əlaqəsi də kəsilib.
Belə olduğu təqdirdə yerli əhali Lənkərana uzun yolu qət etməklə Masallıya və oradan da paytaxta doğru hərəkət etməyə vadar olacaqlar. (yenisabah.az)