photo_70361497
SON DƏQİQƏ: Gömrük işinə görə daha bir vəzifəli şəxs HƏBS EDİLDİ - FOTO
"Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikov həbs edilib.

APA-nın əldə etdiyi məlumata görə, Əbülfəz Məlikov Dövlət Təhlükəsizliyi Xidmətində Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli şəxsləri barəsində davam edən cinayət işi çərçivəsində saxlanılıb.



O, külli miqdarda dövlət büdcəsində milyonlarla manat vergi və gömrük ödəmələrindən yayınmaqda və vəzifə saxtakarlıqlarında ittiham olunur.

Səbail Rayon Məhkəməsində onun barəsində verilən təqdimata baxılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

07.08.2022 23:06
show 366