20.04.2021
18:19
455

SON DƏQİQƏ: DÜNYA ŞOKDA - Prezident cəbhədə separatçılar tərəfindən öldürüldü

Loading...

Çad prezidenti İdris Debi cəbhəyə səfəri zamanı üsyançılar tərəfindən vurularaq öldürülüb.

Metbuat.az xəbər verir ki, bu barədə ordu açıqlama yayıb. Bildirilib ki, cəbhədə üsyançılarla baş verən toqquşmalar zamanı dövlət başçısı yaralanıb. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Hakimiyyətə isə öldürülən prezidentin oğlu general Mahamat Debinin sədri olduğu hərbi Şura rəhbərlik edəcək.

Qeyd edək ki, bir neçə gün əvvəl keçirilən prezident seçkilərində 6-cə dəfə namizədliyini irəli sürən İdris Debi 70,32 faiz səs toplayıb. Seçkinin rəsmi nəticələri ötən gün elan olunub.

Loading...