DTX
SON DƏQİQƏ: Mədəniyyət Nazirliyinin vəzifəli şəxsləri saxlanıldı - FOTO (YENİLƏNDİ)

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizlik Xidməti Mədəniyyət Nazirliyində əməliyyat keçirib. 

Əməliyyat çərçivəsində Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev saxlanılıb. Həmçinin nazirliyin təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibov və protokol şöbəsinin əməkdaşı Kamil Rzayev saxlanılıb. 

Fotoda: Elnur Əliyev

 

 Fotoda: Kamil Rzayev


xxx

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşları hazırda Mədəniyyət Nazirliyinin rəhbər şəxslərinə qarşı xüsusi əməliyyat həyata keçirir.

Bu barədə məlumatı “AZfront” teleqram kanalı Mədəniyyət Nazirliyinin rəsmisinə istinadla yayıb.

Məlumata görə, hazırda Mədəniyyət Nazirliyində keçirilən əməliyyatda saxlanılan arasında nazirliyinin rəhbər şəxsləri də var.

01.11.2022 13:45
331