Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizlik Xidməti Mədəniyyət Nazirliyində əməliyyat keçirib.
Əməliyyat çərçivəsində Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev saxlanılıb. Həmçinin nazirliyin təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibov və protokol şöbəsinin əməkdaşı Kamil Rzayev saxlanılıb.
Fotoda: Elnur Əliyev
Fotoda: Kamil Rzayev
xxx
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşları hazırda Mədəniyyət Nazirliyinin rəhbər şəxslərinə qarşı xüsusi əməliyyat həyata keçirir.
Bu barədə məlumatı “AZfront” teleqram kanalı Mədəniyyət Nazirliyinin rəsmisinə istinadla yayıb.
Məlumata görə, hazırda Mədəniyyət Nazirliyində keçirilən əməliyyatda saxlanılan arasında nazirliyinin rəhbər şəxsləri də var.