zəlzələ
SON DƏQİQƏ! Bu rayonlarda gecə saatlarında zəlzələ oldu

İmişli rayonunda 3 maqnitudalı zəlzələ olub. 

Qlobal.net xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) məlumat yayıb. 

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Beyləqan stansiyasından 35 km şimal-şərqdə, İmişli rayonunda zəlzələ qeydə alınıb.

Təbiət hadisəsi hiss olunmayıb. Yeraltı təkanlar 23:49-da qeydə alınıb. 

Zəlzələnin ocağı 15 km dərinlikdə yerləşib.

***

Naxçıvan Muxtar Respublikasında zəlzələ olub.

Saat 22:03-də qeydə alınan zəlzələ Naxçıvan MR ərazisində 3 bala qədər hiss olunub.

Yeraltı təkanlar təxminən 5-7 saniyə davam edib.

21.04.2024 00:53
show 2130