18.10.2021
14:02
224

SON DƏQİQƏ! Bakıda məktəbdə kütləvi yoluxma: Dərslər dayandırıldı

Loading...

Paytaxtdakı 20 nömrəli məktəb-liseyin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

Bu barədə Oxu24.com-a  Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. 

Bildirilib ki, 20 nömrəli məktəb-liseyin 20 şagirdi və 15 müəlliminin COVID-19 infeksiyasına yoluxması təsdiq olunub. Həmçinin COVID-19 testi pozitiv çıxan şagirdlərlə digər şagirdlərin təmasda olması qeydə alınıb.

Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 20 nömrəli məktəb-liseydə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.

Loading...