10.03.2021
00:11
2353

SON DƏQİQƏ! Bakıda gecə saatlarına DƏHŞƏT: Əraziyə polislər cəlb edildi

Loading...

Bakının Nərimanov rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.

Belə ki, rayon ərazisindəki tuneldə Elnur Əhmədovun idarə etdiyi “Hyundai” markalı avtomobillə yüksək sürətlə hərəkətdə olan zaman nəqliyyat vasitəsi idarəetmədən çıxıb. 

“Hyundai” beton yol ayrıcına, daha sonra işıq dirəyinə çırpılaraq yolun əks tərəfinə keçib.

Sürücü E.Əhmədov qapalı kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib.

Qəza nəticəsində Ziya Bünyadov prospektində hər iki istiqamətdə tıxac yaranıb.

Əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Loading...