64071260b9dbe202303233056
SON DƏQİQƏ! Azərbaycanda idmançıları daşıyan avtobus "Kamaz"la toqquşdu

Bu gün “Mingəçevir” futbol komandası I Divizionun 20-ci turu çərçivəsində “Şamaxı” ilə səfər oyununa gedərkən yolda avtomobil qəzasına uğrayıb.

PFL-dən verilən məlumata görə, futbolçular və rəhbərlik heyəti arasında xəsarət alanlar olsa da, həyatını itirən yoxdur. 

Bu fors-major hal nəzərə alınaraq, bu günə nəzərdə tutulan “Şamaxı-2” – “Mingəçevir” görüşü təxirə salınıb.

Oyunun nə vaxt keçirilməsi ilə bağlı əlavə məlumat veriləcək.

07.03.2023 14:30
show 793