photo_43455192
Oğluna zəng eləyib intihar edəcəyini deyib

Qadın özünü atasının və bacısının ölümünə səbəb olan kanala atdı.

Xaçmazda qadının özünü Samur-Abşeron kanalına atdığı barədə polisə məlumat daxil olub.

Oğluna zəng eləyub intihar edəcəyini deyib.


APA TV xəbər verir ki, bundan sonra rayon polis şöbəsi və FHN-in Xususi Riskli Xilasetmə qrupunun əməkdaşları kanalda axtarışa başlayıb.

Su kanalının kənarında qadına aid əşyalar aşkarlansa da, o, hələ tapılmayıb.


Araşdırma zamanı məlum olub ki, axtarılan qadın Xaçmaz rayon sakini, 1971-ci il təvəllüdlü Səlminaz Rüstəmovadır. O, yaşadığı evi tərk edib və geri qayıtmayıb.


Hazırda axtarışlar davam edir.

05.01.2022 11:39
372