29.09.2021
18:08
156

ŞOK: Polis rəisinin sürücüsü 11 yaşlı şagirdə təcavüz etdi! - Bakıda iyrənc cinayət

Loading...

Bakıda 41 yaşlı kişi azyaşlı qıza qarşı əxlaqsız hərəkətlər etdiyinə görə məsuliyyətə cəlb edilib.

Azərforum xəbər verir ki, Oxu.az saytının əldə etdiyi məlumata görə, hadisə bir neçə ay əvvəl baş verib.  İş üzrə zərərçəkmiş uşaq Səbail rayonunda yerləşən məktəblərdən birinin 11 yaşlı şagirdidir.  Hadisə Bakının mərkəzində - Xaqani küçəsində baş verib. Zərərçəkmişin atasının şikayəti əsasında təqsirləndirilən şəxs həbs edilib.   R.M. barəsində Cinayət Məcəlləsinin 153.2-ci (on dörd yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər) maddəsi cinayət işi başlanılıb. Ona Səbail Rayon Məhkəməsinin hökmü ilə 1 il 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.   R.M. barəsində cinayət işi açılandan sonra o, işdən də çıxarılıb.  R.M. vəzifəsindən azad olunanadək Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin rəisi Rəşad Əhmədzadənin sürücüsü olub. R.Əhmədzadə hazırda Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin rəisi vəzifəsində çalışır.

Loading...