təyyarə

“Söhbət konkret partlayıcı qurğudan gedir” – Aviasiya mütəxəssisindən SENSASİON AÇIQLAMA

Qazaxıstanda Aktau hava limanı ərazisində dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb. Aviasiya inkişafı üzrə ekspert Boqdan Dolincenin sözlərinə görə, yəqin ki, təyyarə çöldə baş verən partlayış nəticəsində yerə düşüb.

Qlobal.net xəbər verir ki, mütəxəssis bu barədə "Kiyev24" efirində bildirib.

Onun sözlərinə görə, təyyarənin dərc olunmuş fotolarına əsasən, təyyarənin quyruq hissəsində müəyyən zədələr var ki, bu da açıq şəkildə xarici təsirdən xəbər verir.

O vurğulayır ki, bu halda quşlardan danışa bilmərik, çünki belə “toqquşmalar” tamamilə fərqli izlər buraxır:

“Yəni söhbət konkret partlayıcı qurğudan gedir, ya zenit raketidir, ya “hava-hava” raketidir, ya da hansısa partlayıcı qurğudur... Axı biz fotoya baxanda görürük, metal xaricə deyil, içəriyə doğru zədələnib. Bu, partlayışın təyyarədən kənarda baş verdiyini göstərir, lakin biz ən azı ilkin araşdırmanı başa vurduqdan sonra nəticələrin səbəbləri barədə ətraflı məlumat əldə edəcəyik”.

O əlavə edib ki, radio-elektron mübarizə vasitələri təyyarənin naviqasiya sisteminə - GPS-ə təsir göstərə bilərdi, ona görə də pilot ən uyğun aerodroma uçmağa məcbur olub. Ekspert həmçinin bildirib ki, təyyarənin məqsədyönlü yönləndirilməsi ehtimalı da var - aqressor ölkə sərnişin təyyarəsini bilərəkdən məhv etmək və ya zədələmək istəməsi də istisna deyil. Səbəb isə özünü müdafiə etmək üçün pilotsuz təyyarələr buraxan Ukraynanın guya günahkar olduğunu “göstərmək”dir.

Eyni zamanda Dolince qeyd edir: "Beynəlxalq Aviasiya Qanununa əsasən, bu məkana nəzarət edən dövlət hava məkanından təhlükəsiz istifadəyə cavabdehdir. Belə bir vəziyyətdə qərar - səmanı bağlamaq və ya bağlamamaq - yalnız Rusiya Federasiyasından asılıdır.

Mütəxəssis "Əgər Rusiya səmanı bağlamadısa, deməli, onun hava məkanında və aerodromlarında baş verən hər şeyə görə məsuliyyət daşıyır" deyib. (musavat.com)

26.12.2024 16:44
show 142