6682b4c06d389202407245304
SOCAR Gürcüstanda yanacağın qiymətini ucuzlaşdırdı

Gürcüstanda bu gün saat 14:00-dan etibarən SOCAR-ın yanacaqdoldurma məntəqələrində 90 dəqiqəlik bütün növ yanacaqlar 2 lari (1 manat 21 qəpik) oub.

Qlobal.net tutul.az-a istinadla xəbər verir ki, bu barədə SOCAR Georgia məlumat yayıb. 

Belə ki, şirkət Gürcüstan millisinin AÇ-2024-ün 1/4 finalında İspaniya millisini məğlub edəcəyi təqdirdə bütün növ yanacağın qiymətini 90 dəqiqəlik 2 lariyə (1 AZN 21 qəpik) endirəcəyi ilə bağlı paylaşım etmişdi. 

Amma Gürcüstan yığması İspaniyaya 1:4 hesabı ilə uduzub. Buna baxmayaraq, SOCAR milli komandanın mübarizəsinə görə yanacaq qiymətlərini 2 lariyə endirib. 

01.07.2024 17:51
show 2223