
Müğənni Şəbnəm Tovuzlu onu öz verilişlərində müzakirə edən aparıcılar Tarix Əliyev və Zaur Nəbioğluna müraciət edib.
Qlobal.net xəbər verir ki, müğənni deyib ki, adıçəkilən şəxslərlə illərdir çörək kəsir və lazım olanda sözlərini bir-birlərinə deyiblər:
“Nə mən sizdən qorxmuram, nə də siz məndən. Ələxsus da, mən sizdən qorxmuram və sizin yanınızda başıaşağı heç bir şeyim yoxdur. Ola bilər kiməsə əsəbləşib nəsə demişəm, bunun səs yazıları var sizdə. Onun da cavabdehi mənəm. Sizə verilişlərdə mövzu vermişəm, sənətimlə, işimlə bağlı. Vəfa ilə aramızda sülh olub. Biz qalmışıq kənarda, siz dayanmırsız. Efirinizə reytinq verən bir çox müğənnilər var. Hər dəfə mənim adımı çəkirsiniz. Tolikin də verilişində adım yersiz yerə çəkildi. Vəfa ilə aramızda səmimiyyətlə barışıq olmayıb, salam-sağ olumuz olacaq. Bu müzakirələrdə də artıq tamaşaçı bezib”.
Ətraflı videoda: