Sıxıntı anında oxunan dua

Sıxıntı anında oxunan dua
Həyatın keşməkeşli yollarında bəzən insan özünü sıxıntıların içində boğulmuş kimi hiss edir.
Belə anlarda ruhən sakitlik tapmaq və ürəkdən bir çıxış yolu axtarmaq üçün dua ən güclü təsəlliverici vasitədir. Dua, insanın özünü Allahın mərhəmətinə təslim edərək, çətinliklərin aradan qalxacağına inandığı xüsusi bir andır. Sıxıntı anlarında oxunan dualar, yalnız mənəvi rahatlıq gətirmir, həm də Allahın lütf və köməyinə qapılar açır. Sizə sıxıntılardan qurtulmaq və rahatlıq tapmaq üçün oxunan duaları təqdim edirik:
Lə ilahə illəllahul-aziymul-həliym lə ilahə illəllahu Rabbul-arşil-aziym, lə ilahə illəllahu Rabbus-səməvati və Rabbul-ardı və Rabbul-arşil-kəriym
«Əzəmətli, Həlim olan Allahdan başqa məbud yoxdur! Ərşin Əzəmətli Rəbbi olan Allahdan başqa məbud yoxdur! Göylərin, Rəbbi, yerin Rəbbi və Ərşin Səxavətli Rəbbi olan Allahdan başqa məbud yoxdur!»[1]
Allahummə rahmətəkə ərcu, fələ təkilniy ilə nəfsiy tarfətə aynin, və əslih liy şə’niy kulləhu, lə ilahə illə ənt
«Allahım! Sənin mərhəmətini diləyirəm! Məni bir göz qırpımı belə başlı-başına buraxma! Bütün işlərimi yoluna qoy! Səndən başqa məbud yoxdur!»
Lə ilahə illə əntə. Subhanəkə, inniy kuntu minə-z-zalimin
«Səndən başqa məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!»
Allahu, Allahu Rabbiy! Lə uşriku bihi şeyən
«Allahdır, Allahdır mənim Rəbbim! Mən heç bir şeyi ona şərik qoşmuram!»[4]
Fatimə
Qlobal.net