Şiş “Toppuş bacı”nın başına yayılıb - Aktrisa evini satışa çıxardı
Xərçəng xəstəliyindən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyevanın ("Toppuş bacı") vəziyyəti ağırlaşıb.
Bu barədə Qaynarinfo-ya açıqlamasında aktrisa Ülviyyə Əliyeva deyib.
O bildirib ki, şiş artıq onun beyninə yayılıb: "Hazırda kimyaterapiya olunur. Sağ olsun Milli Onkologiya
Mərkəzinin rəhbərliyi, onu 5 ildir pulsuz müalicə edir, yaşadır. Amma artıq şiş beyninə yayılıb".
Ülviyyə Əliyeva deyib ki, Tünzalə Əliyevanın xarici ölkələrin birində müalicəyə ehtiyacı var: "Xaricdə müalicə çox bahadır, Tünzalənin buna imkanı yoxdur. Ona
görə də evini satışa çıxardıb. Xalqımızın gözəl imkanlı şəxsləri ona
dəstək olsa, evi də satılmaz”.