17.09.2021
20:25
66

Şirvanda fəhlə FACİƏLİ şəkildə öldü

Loading...

Salyan sakini bədbəxt hadisə nəticəsində ölüb.

Hokm.az-ın məlumatına görə, hadisə Şirvan şəhərinin “Qarasu” OYL şirkətinin podratçı təşkilatı olan “İlkin-N” firmasının sexində baş verib. Salyan rayonunun Qarabağlı kənd sakini, 41 yaşlı Qurbanov Elman İsrail oğlu fəhlə işlədiyi “İlkin-N” firmasının sexində başına sex kranının dəmir qarmağı dəyib. Nəticədə fəhlə aldığı ağır kəllə-beyin travmasından hadisə yerində ölüb. Meyit Şirvan Patoloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza Mərkəzində müayinə olunduqdan sonra aidiyyatı üzrə təhvil verilib.

Hadisə yerinə Şirvan şəhər Prokuroluğunun əməkdaşları baxış keçirib.

Loading...