Şirin yemiş necə seçilməlidir

Şirin yemiş necə seçilməlidir?

Məlum məsələdir ki, süfrələrimizə yayın ləzzətini daşıyan iki dəyərli meyvə var: Qarpız və qovun.

Bundan əvvəl Qarpız necə seçilməlidir? adlı məqalə çox maraqla qarşılandı, bu üsulları sınaqdan keçirib şirin qarpız alanlardan çox gözəl rəylər aldıq və bu bizi sevindirdi.

Qlobal.net bildirir ki, indi isə sıra qarpızın ən yaxın dostu olan yemişdədir. Gəlin “Qovun necə seçilməlidir?”, “Yaxşı yemiş necə tanınır?” suallarına birlikdə cavab axtaraq.

Əgər qarpız seçmək qədər qovun seçməkdə də özünüzə güvənirsinizsə və ya “Nə qədər çalışsam da, aldığım qovunlar istədiyim kimi şirin və dadlı olmur” deyirsinizsə, indi bu məqalə tam sizlikdir.

Bu az bilinən və faydalı qovun seçmə üsulları bu yay sizə çox lazım olacaq.


1. Yemişin qabığı nə çox sərt, nə də çox yumşaq olmalıdır

Qarpızda olduğu kimi, qovunun da qabığını əlinizlə döyərək onun yetişib-yetişmədiyini anlaya bilərsiniz. Əgər qabıq çox sərtdirsə, bu, qovunun hələ tam yetişmədiyini göstərir. Yəni qovunun qabığı bir qədər yumşaq olmalıdır. Amma çox yumşaqdırsa, bu da içinin artıq keçdiyini göstərə bilər.


2. Yemişin alt hissəsi yumşaq olmalıdır

Qovunun alt hissəsinə toxunun. Əgər o hissə yumşaqdırsa, bu, qovunun yetişdiyini və şirin olduğunu göstərir.


3. Yemiş ölçüsünə görə ağır olmalıdır

Nə böyük, nə də kiçik qovun “ən yaxşısıdır” demək düzgün deyil. Əsas göstərici – qovunun ölçüsünə görə ağır olmasıdır. Qovun nə qədər ağırdırsa, içindəki şəkər miqdarı da bir o qədər çox olur. Buna görə də çəkisinə görə daha ağır olan qovun daha keyfiyyətli çıxır.


4. Yemişə vurduğunuz zaman tok bir səs çıxmalıdır

Əgər qovuna vurduqda dərin və tok bir səs gəlirsə, deməli, qovun yetişib və şirindir. Əgər cingiltili və yüngül bir səs çıxırsa, bu o deməkdir ki, hələ yetişməyib və içi boşdur. Belə qovun dadlı olmayacaq.


5. Xüsusilə alt hissəsində xoş bir qoxu olmalıdır

Qarpızdan fərqli olaraq, qovunun qoxusu onun keyfiyyətini birbaşa göstərir. İnsanlar arasında deyilən “Bu qovun deyil ki, dibini qoxlayıb seçəsən” ifadəsinin əksinə olaraq, qovunun alt hissəsində xoş bir qoxu varsa, deməli, bu qovun şirindir.

Artıq qovun növlərini bildiyimizə görə, keçək ikinci mərhələyə: əgər seçdiyiniz qovun növünün xarici hissəsi xətli və tırtıllıdırsa, həmin xətlərin düzgün və simmetrik olmasına diqqət edin. Xətlər nə qədər düzgündürsə, qovun bir o qədər ləzzətli çıxacaq.


6. Yemişin sapı asanlıqla qopmalıdır

Çəkinmədən seçdiyiniz qovunun sapını çəkin. Əgər sapı asanlıqla qopursa, bu, qovunun tam yetişdiyini göstərir. Belə qovunu rahatlıqla alıb evinizə apara bilərsiniz.

Murad
Qlobal.net

17.04.2025 11:27
show 160