Teleqraf.com xəbər verir ki, “The Rodong Sinmun” qəzeti hazırkı lider Kim Çen Inın atası Kim Çen İrin “buğda dürməyi” adlı yemək tapdığı və ölkədə ərzaq qıtlığına baxmayaraq, satışları artırdığını yazıb.
Mövzu ilə bağlı təbliğat videosu da yayımlanıb, məqalədə “buğda dürməyi”nin dönərə oxşarlığı da diqqət çəkib.
İngiltərə mətbuatı bu dürməklərin Meksika mətbəxinə məxsus burritodan daha çox dönərə bənzədiyi bildirilib. Videoda koreyalıların ölkənin paytaxtı Pxenyandakı Kumsonq qida fabrikinin qarşısında bu dürməklərdən yedikləri göstərilib.
Kim Çen Inın dürmək hazırlandığı mətbəxə baxış keçirməsini də əks etdirən videoda dürmək üçün dönər kəsən maşınların görüntüləri də yer alıb.