Seymur Talıbovun həyatını məhv etdiyi o qızın atası NƏLƏR DANIŞDI — Naxçıvan faciəsi... - VİDEO
Əslən Naxçıvandan olan jurnalist Heydər Oğuz yazır: “Culfa
rayonunda pis yola cəlb olunaraq "xanzadə" Seymur Talıbova hədiyyə
edilən, daha sonra Seymur tərəfindən akademikbaşı "Pəncov" İsanın oğlu
Səhətə satılan, hazirda Həbibbəylilərə aid obyektlərindən birində
çalışdırılan Güneyin (ad şərtidir) atası ilə görüşdüm.
Söhbətimiz zamanı məlum oldu ki, Culfada qadın ticarətinin yeganə
qurbanı Güney deyilmiş. Bəzi kəndlərdə də gənc qızlar bu qədim peşə
"sənətkar"larının qurbanı olub və bütün qurbanların valideynlərini
susdurmaq üçün eyni metoddan istifadə edilib: qızlardan öz atalarının
təcavüzünə məruz qaldıqlarına dair ifadə alınıb, valideynlər isə ictimai
qınaqdan çəkinərək baş götürüb Naxçıvandan qaçıblar. Beləcə qızları
pezəvənglərin (Azərbaycan şivəsində bu ifadənin qarşılığı daha ağır
olduğundan biz Türkiyə variantını seçdik) əllərində əsirə çevrilib,
özləri isə qürbətdə baş gizlətməyə çalışıblar.
Güneyin atasını rayonda baş verən bu cinayətlərin qarşısını almaq, başqa
ailələri bu təhlükədən qorumaq üçün məsələni ictimailəşdirməyə,
televiziya ekranlarına çıxıb başına gətirilən oyunlar barədə açıq
danışmağa çağırdım. Bilirdim ki, bu dəvətim onun üçün çox ağırdır, amma
Talıbovların, Həbibbəylilərin, Siyam Hacıyevlərin pezəvənglik biznesinin
qarşısını almağın başqa yolunu da görmürdüm. Üstəlik, Güneyə sahib
olmaq naminə onun atasının bədnam edilmiş adını qurtarmağın da ən
optimal yolu bu ola bilərdi”.
Bu olayla bağlı bütün təfərrüatları şərti adı Güney olan qızın atası
İlqar Cabbarovla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da
iştirak edə bilər.
Musavat.com