Seymur Talıbov üzə çıxdı: "Əvvəllər başda oturardı, indi isə onu..."- FOTO
Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun
istefasından sonra onun kiçik oğlu Seymur Talıbov cəmi bir dəfə
görüntülənmiş, Naxçıvan şəhərində çəkilmiş qısa videosu mediada
yayılmışdı. Seymur Talıbov bu günlərdə yenidən üzə çıxıb.
Qlobal.net TNS-ə istinadən xəbər verir ki, kiçik Talıbovun yaxınları ilə birlikdə çəkdirdiyi fotoşəkil sosial şəbəkələrdə paylaşılıb.
Tanınmış
jurnalist Heydər Oğuz həmin fotonu öz sosial şəbəkə hesabında
paylaşaraq maraqlı şərh yazıb: “Xan" erası bitməmişdən əvvəl xanzadə
Seymur əfəndi hansı məclisdə olursa olsun, həmişə yuxarı başda oturardı.
İndi isə onu masanın yan tərəfinə atıblar. Masanın başında isə bacanağı
Hümbət və sürücüsü Həsən oturub. Dağıl, ay dünya! Vəzifədən düşən kimi
insanı sürücü belə arxa plana keçirir”.
Həmin fotoşəklin necə və
nə məqsədlə yayıldığı dəqiq məlum deyil. Güman edilir ki, Seymur Talıbov
bununla cəmiyyətə nəsə mesaj ötürmək istəyib.