Səyahətə gedən uşaq faciəvi şəkildə öldü

Rusiyanın Xabarovsk şəhərindən olan iki yaşlı oğlan valideynləri ilə birlikdə Malayziyada tətildə olarkən başlarına iş gəlib.
Qlobal.net bildirir ki, uşaq zəhərli meduzanın sancmasından ölüb.
Ailə ilk dəfə Malayziyada idi. Oğlan və anası Lanqkavi adasındakı Pantai Cenang çimərliyinin yaxınlığında üzürdülər. Birdən o, ağrıdan qışqırıb – onu meduza sancıbmış.
Bildirilib ki, meduzanın bu növü insanlar üçün son dərəcə təhlükəlidir; sancmalar ölümcül ola bilər.
Ata oğlunu sahilə aparıb və ürək-ağciyər süni tənəffüsünü etməyə çalışıb. Xilasedicilər yaranı təmizləsə də, uşaq xəstəxanaya aparılsa da dörd gün sonra uşaq ölüb. Valideynlər oğullarını kremasiya etməyi və külü olan bir qabı doğma şəhərləri Xabarovska gətirməyi planlaşdırırlar.
Murad Məmmədli
Qlobal.net



