Maraqlı

Şəxsi fotoqrafım, 14 yaşımda avtomobilim olub – Niyazinin övladlığı elə şeylər danışdı ki… – VİDEO

“Arzunun vaxtı” verilişinin budəfəki qəhrəmanı Niyazi Tağızadə-Hacıbəyovun (Maestro Niyazi) oğulluğu Ceyhun Kafi olub.

Qlobal.net xəbər verir ki, o, Maestro Niyazi ilə bağlı xatirələrini bölüşüb:

“Onun evində qalanda həyatım nağıl kimi keçirdi. Orada görkəmli adamları görürdüm. Maestro Niyazi və həyat yoldaşı Həcər xanım mənə çox yaxşı baxıblar. Atalığımı çox istəyirdim, maraqlı insan idi”.

“Məni ərköyün böyüdüblər, heç vaxt “yox”, “olmaz” sözü deyilməyib. Maestroya Baba, Həcər xanıma nənə deyirdim. Şəxsi fotoqrafım, 14 yaşımda avtomobilim olub. Hər həftə bulvarda kater sürürdüm. Musiqiçi kimi dirijorluğu bitirdim. Heydər Əliyev sarayında baş musiqi redaktoru işləyirdim. Sonradan öz günahımdan ordan ayrıldım və həyatım məhv oldu.‎

Maestro narkotikdən istifadə etdiyimi biləndə dediyi ilk sözü bu oldu: “Düşmənlərim məndən hayıf çıxa bilmədilər, amma səndən çıxdılar”.‎

Anamı öldürmək niyyətim yox idi. Otağa girəndə narkotik qəbul etdiyimi gördü. Telefonla zəng etmək istəyirdi. Mən də imkan vermədim, itələdim, yıxıldı və öldü. Maestronun qızıl çubuğunu satmamışam, çubuq Tarix Muzeyndədir.‎

Niyazi və xanımı bir-birlərini çox sevirdilər. Onlar 51 il 2 gün bir yerdə yaşadılar.

‎Bir dəfə Maestro zəng etdi ki, nənəni (Həcəri) də götür gəl “Moskva” mehmanxanasına, nahar edək. Taksi ilə gəldik filarmoniyaya. Filarmoniyanın xidməti qapısından içəri girdim. Həcər xanım dalımca gəlirdi. Mühafizəçi Həcər xanımdan soruşdu ki, bəs siz hara gedirsiniz? Cavab verdim ki, o, mənimlədir. Maestro cavab verdi ki, köpəkoğlu hara gedirsə, qapıları ayaqla açmağa öyrəşib.

‎Ailəmi də, özümü də biabır etdim. Ən böyük günahım narkotikə qurşanmağım oldu. Hər şeyə peşmanam. Həyatım 6 ildə alt-üst oldu. 8 dəfə həbs  olunmuşam. Narkotik, silah satışına görə… 58 yaşım var, bunun 34 ilini həbsxanada cəza çəkmişəm.‎

Muzeyə gedəndə Maestronun paltarlarını qoxulayıram. O, mənə həm ata, həm ana, həm də dost olub. Ən böyük məsləhəti o oldu ki, Ceyhun mənim adımı biabır eləmə.

‎Kimisə işdən çıxarsaydı, hətta nazir zəngə etsəydi belə, işə qaytarmazdı. Ancaq mən xahiş edəndə sözümü yerə salmazdı.‎

Ailə qurdum, amma ayrıldım, övladım olmayıb. Evim, heç nəyim yoxdur”.

‎Ceyhun Kafi sonuncu dəfə qanunsuz silah satışına görə həbs edilib. O, 2 il yarımlıq cəzadan sonra oktyabrın 10-da həbsxanadan çıxıb. Bir neçə gündür acdır.

Related Articles

Leave a Reply

Back to top button