19.04.2021
00:02
156

Sevinc Osmanqızıdan növbəti açıqlama: “Qənimət Parkı əvəzinə "sülh göyərçini" düzəltmək olardı" — VİDEO

Loading...

"Hərbi Qənimətlər parkı, ümumiyyətlə bu qənimətlər var və göstərilməlidir. Mən də razıyam, amma bunun bir yolu tapılmalıdır. O, dünyaya hərb yox, məhz sülh mesajı verməlidir. Əgər mən öz təklifimi versəydim, deyərdim ki, həmin o, erməni güllələrini yığıb, bir yerdə ondan Bakı göyərçini düzəltmək olardı". 

Qlobal.net xəbər veri ki, bu fikirləri Osmanqızı TV-nin canlı efirində jurnalist Sevinc Osmanqızı deyib.

Jurnalist daha sonra bildirib:

"Sən düşmən üzərində qələbə qazanacaqsan, amma onu aşağılamaq nəyə gərək? Sən qalib tərəfsənsə, qalibin dili fərqli olmalıdır. Güclünün dili fərqli olmalıdır, o zəiflərdir həmişə dil uzatmağa çalışır. Ona görə də bu ideya üzərində hələ də işləməyin yeri var".

Sözügedən görüntüləri təqdim edirik:

Loading...