Əməkdar artist Sevinc Əliyeva həmkarı, Əməkdar artist Mehriban Xanlarovanı gənc yaşlarında döydüyünü etiraf edib.
Bu haqda aktrisa sənət yoldaşı və yaxın rəfiqəsi ilə qonaq olduqları “Bizimləsən” ictimai-sosial verilişində söz açıb.
Sevinc sözügedən məsələyə gənclik illərində Xalq artisti Nürəddin Mehdixanlıya olan sevgisini etiraf etdiyi zaman aydınlıq gətirib: “Nürəddin Mehdixanlıya qarşı məndə platonik məhəbbət vardı. Amma Mehribanda platonik sevgi deyildi. Bu tələbəllik illərinə təsadüf edir. Mirzağa Əliyev adına İncəsənət İnstitutu çox kiçik idi. Hamı bir-birini orada tanıyırdı. Fakültələr belə az idi. İndiki kimi çox deyildi. Amma o dövrlə bağlı o qədər şirin xatirələrimiz var ki...
Nə bilim... Biz Mehribanla onun üstündə dava etmişik və Mehribanı döymüşəm. O zaman Mehriban balaca idi. Mehribanın xətrini, o da mənim xətrimi dünyalar qədər istəyir. Bir də görürsən ki, heç nədən başlayırıq dalaşmağa. Oturduğumuz yerdə dava edirik. Teatrda hərdən bizə həsəd də aparırlar ki, bunlar bir yerdə oldularsa bitdi... Ya mehribanıq ya da ki düşmən. O zamanlar mən ciddi bir qız idim. Mehriban məndən yaşca kiçik də olsa da o da ciddi idi”.
Sevincin bu sözlərinə isə Mehriban proqramın aparıcısı Zaur Baxşəliyevə əli ilə “belə bir şey olmayıb” işarələr verərək “Mən Nürəddin Mehdixanlını heç zaman sevməmişəm. Belə bir şey olmayıb. Məni döymək, vurmaq olar?” sözlərini dilə gətirib.