67246267a10c1202411240855
Sevgini zəiflədən ifadələr - Bunları deməyin

Sevgini və münasibətləri məhv edən ifadələr, çox vaxt bilinçsiz şəkildə deyilsə də, münasibətlərə dərin zərbə vurur. 
Qlobal.net bildirir ki, bu cür ifadələr təkrarlandıqca tərəflər arasında inamı sarsıdıb sevgini azalda bilər. Aşağıda sevgini və hörməti zədələyən bəzi əsas ifadələr və onların yaratdığı təsirlər verilmişdir:


"Sən heç vaxt..." və ya "Sən həmişə..."

Bu ifadələr ümumiləşdirmə xarakteri daşıyır və insanın keçmişdə etdiyi səhvləri təkrar vurğulayaraq qarşı tərəfi günahkar çıxarır. "Sən heç vaxt məni anlamırsan" və ya "Sən həmişə məni pis vəziyyətdə qoyursan" kimi ifadələr qarşı tərəfdə müdafiə reaksiyası doğurur və münasibətləri zədələyir.


 "Bu sənin günahındır!"

Günahlandırma ifadələri münasibətdə məsuliyyət hissini və qarşılıqlı dəstəyi azaldır. İnsanların çoxu səhvlərini qəbul etməkdə çətinlik çəkir, buna görə də bir tərəfi açıq şəkildə günahlandırmaq aralarındakı münasibəti yıprada bilər. Əksinə, məsələlərə birlikdə baxaraq həll yolu tapmaq daha sağlam bir yanaşmadır.


 "Mən belə idim, belə də qalacam."

Bu ifadə inadkarlığı və dəyişməyə qarşı müqaviməti ifadə edir. Münasibətlərdə tərəflər bir-birinə uyğunlaşmaq üçün çevik olmalıdırlar. "Mən dəyişməyəcəm" deyərək sərt mövqe göstərmək, qarşı tərəfi öz ehtiyaclarını və gözləntilərini ifadə etməkdən çəkindirir.


 "Başqalarının sevgililəri belə deyil."

Müqayisə münasibət üçün dağıdıcı təsirə malikdir. "Başqaları belə edir, sən isə etmirsən" deyərək digər insanlarla müqayisə etmək, həm qarşı tərəfi özünü yetersiz hiss etməyə, həm də münasibəti güvənsizlik dolu hala gətirməyə səbəb ola bilər.


"Sənə ehtiyacım yoxdur."

Sevgidə hər iki tərəf də bir-birinə ehtiyac duyur. Bu ifadə qarşı tərəfi rədd etmə kimi görünür və qarşı tərəfə özünü lazımsız hiss etdirir. Birlikdə olduğunuz insanı dəyərsizləşdirmək münasibəti zəiflədir.


"Niyə heç vaxt belə etmirsən?"

Bu, qarşı tərəfi daha əvvəlki davranışlarına görə mühakimə edən bir ifadədir. Bu ifadələr təkrarlananda qarşı tərəfdə özünəinamı zəifləyir və münasibət boyu bir gərginlik yaranır.


"Mən onsuz da sənə demişdim."

Bu ifadə, qarşı tərəfi səhvə görə kiçik görmək və təhqir etmək məqsədi daşıyır. Bu cür münasibətlərdə təmkinli yanaşmaq, səhv üzərində dayanıb onu daha da qabartmaqdan daha faydalıdır.


 "Sənin heç bir şeyin fərqinə varmırsan!"

Qarşı tərəfi həssaslıqdan məhrum olmaqda ittiham etmək, həmçinin onun diqqətsiz olduğunu vurğulamaq tərəflər arasında məsafəni artırır. Bunun əvəzinə, ehtiyacları və istəkləri açıq şəkildə ifadə etmək daha faydalıdır.


"Sən mənim vaxtımı boşa sərf edirsən."

Bu ifadə münasibəti boş, dəyərsiz bir şey kimi göstərir və qarşı tərəfi münasibət üçün verdiyi səyləri mənasız hiss etməyə məcbur edir. Əgər narahatlıq varsa, bunu açıq və dürüst şəkildə müzakirə etmək daha sağlamdır.

Münasibətlərdə hörmətli və diqqətli dil çox vacibdir. Sevgini qorumaq üçün hər iki tərəf də bir-birinə diqqətli yanaşmalı, ehtiyac və gözləntilərini hörmətlə bildirməlidir. Təkrar zərərli ifadələrdən qaçaraq, açıq ünsiyyət və anlayışla münasibətləri sağlam saxlamaq mümkündür

01.11.2024 11:05
show 23